Arxiv
2 Dekabr 2020, 19:51 | AKTUAL
Fikrət Məmmədov xarici həmkarlarına müraciət etdi

Ölkə Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qəti iradəsi və müdrik xarici siyasəti, qüdrətli Azərbaycan Ordusunun qəhrəmanlığı və şücaəti, xalqımızın birliyi və həmrəyliyi nəticəsində təcavüzkar Ermənistan döyüş meydanında və siyasi müstəvidə ağır məğlubiyyətə uğradılaraq 30 ildir işğal altında qalan torpaqlarımız azad olunub, Azərbaycanın Böyük Qələbəsi ilə Dağlıq Qarabağ münaqişəsi başa çataraq ərazi bütövlüyümüz bərpa edilib. Bununla bağlı ədliyyə naziri Fikrət Məmmədov xarici həmkarlarına yeni müraciət ünvanlayıb.

 

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, müraciətdə döyüş meydanında acı məğlubiyyətə uğrayan Ermənistanın faktiki kapitulyasiyası və bununla qalan torpaqlarımızı siyasi yolla qaytarmağa məcbur olması qeyd edilərək, düşmənin işğal dövründə ərazilərimizdə törətdiyi vəhşiliklərə, beynəlxalq humanitar hüquqa zidd digər qanunsuz əməllərinə diqqət cəlb olunub.

 

Həmçinin bildirilib ki, Azərbaycanın hərbi sahədə qazandığı qələbələr müharibənin taleyində həlledici rol oynamış və Zəfər yürüşündə Azərbaycan Ordusunun qarşısında tab gətirməyən Ermənistan beynəlxalq hüquqa məhəl qoymamağın, təcavüzkar siyasətini davam etdirməyin və özgə torpaqlarını işğalda saxlamağın daha mümkünsüz olduğunu dərk edərək öz məğlubiyyətini etiraf etmək məcburiyyətində qalıb.

 

44 gün sürən hərbi əməliyyatları uduzmağı ilə barışan Ermənistan noyabrın 10-da Birgə Bəyanata imza ataraq işğalçı qüvvələrini Azərbaycanın ərazilərindən çıxarılması və torpaqlarımızın qısa müddətdə boşaldılması öhdəliyini üzərinə götürüb. Bəyanatda həmçinin doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın öz dədə-baba yurdlarına geri qayıtması nəzərdə tutulub.

 

Nazir Ermənistanın işğala son qoyaraq torpaqlarımızdan çıxmağa hazır olduğunu elan edən kimi, ölkə Prezidenti cənab İlham Əliyevin sülhün tərəfdarı olaraq hərbi əməliyyatları dərhal dayandırdığını vurğulayıb. Bununla tarixi ədalətin qələbə çalaraq BMT Təhlükəsizlik Şurasının və Avropa Şurası Parlament Assambleyasının Azərbaycanın ərazi bütövlüyünün bərpasına dair qətnamələrinin icra edildiyini qeyd edib. Böyük təəssüflə bildirib ki, buna Vətən uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin, habelə Ermənistanın bütün beynəlxalq humanitar hüquq və əxlaq normalarını kobud pozaraq davamlı və məqsədli şəkildə dinc əhalini, o cümlədən qadın və uşaqları hədəf almaqla 500 nəfərədək mülki insanın tökülən qanı bahasına nail olunub.

 

Müraciətdə Bəyanatın icrası çərçivəsində dekabrın 1-də işğal olunmuş sonuncu – Laçın rayonunun sülh yolu ilə, qan tökülmədən azad olunması ilə bağlı məlumat verilərək artıq müharibənin arxada qaldığı, ölkəmiz üçün yeni quruculuq, inkişaf dövrünün başlanıldığı qeyd edilib.

 

Diqqətə çatdırılıb ki, azad edilmiş ərazilərimizi bərpa etmək üçün nəhəng işlər görülməlidir, çünki təcavüzkar düşmən Cenevrə Konvensiyasının 1977-ci il Protokolu ilə qadağan edilməsinə baxmayaraq, işğal etdiyi torpaqlarımızı viran edərək arxasında sözün əsl mənasında "yandırılmış torpaq" qoyub, o cümlədən həmin ərazilərdə xalqımızın tarixi və mədəni irsini, demək olar ki, tamamilə məhv edib.

 

Lakin dünyada sülhsevər, tolerant ölkə kimi tanınan Azərbaycan dövlətinin və xalqının dağıdılmış şəhərləri, kəndləri həmrəyliklə bərpa etmək üçün əlindən gələni əsirgəməyəcəyi, bölgədə qonşuluq şəraitində dinc yaşamaq üçün yaxşı imkanların, yeni təhlükəsizlik, əməkdaşlıq formatının yaranması qeyd olunub.

 

Ədliyyə naziri son 30 ildə Azərbaycan xalqının, o cümlədən 750 minə yaxın məcburi köçkün vəziyyətdə yaşayan soydaşlarımızın, qarşıdan gələn Yeni ili ilk dəfə olaraq sülh şəraitində, həmçinin uzun müddət işğal altında olmuş ərazilərimizdə qarşılayacağını, bölgəmizdə bundan sonra firavanlıq və təhlükəsizliyin hökm sürəcəyinə ümidvar olduğunu vurğulayıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Məktəblər açılır - Siniflərdə İSTİLİK OLACAQMI? 26 Yanvar 2021, 10:40 Daha bir baş həkim TUTULDU 26 Yanvar 2021, 10:35 Xilasetmə əməliyyatına itlər də cəlb olundu - VİDEO 26 Yanvar 2021, 10:30 Pandemiya səhiyyə sahəsinə həm ziyan vurdu, həm də xeyir verdi - Deputat 26 Yanvar 2021, 10:27 Ermənistan parlamenti buraxıla bilər - YENİ SEÇKİLƏR 26 Yanvar 2021, 10:24 Deputat şəhid ailələrinə və qazilərə baş çəkib - FOTO+VİDEO 26 Yanvar 2021, 10:22 Pambıq sahələrinin güzəştli sığortası başlayıb - Şərtlər, məbləğlər 26 Yanvar 2021, 10:18 Onun üstündən 6 kiloqram narkotik tapıldı 26 Yanvar 2021, 10:13 Yerevan Vardenis-Ağdərə yolundan istifadə üçün Bakıdan İCAZƏ İSTƏYİR 26 Yanvar 2021, 10:12 Oqtay Şirəliyev iclas ÇAĞIRDI 26 Yanvar 2021, 10:08 Dünyanın üç ən zəngin adamı - Onlar istəsələr, hər kəsə COVID-19 vaksini vurmaq olar 26 Yanvar 2021, 10:03 Mehriban Əliyevanın tapşırığı ilə Goranboyda yeni məktəb tikilir - FOTOLAR 26 Yanvar 2021, 10:00 Bayden Trampın impiçmentini DƏSTƏKLƏDİ 26 Yanvar 2021, 09:54 Xaçmazda ikimərtəbəli ev YANDI 26 Yanvar 2021, 09:50 Bu müəllimlər məcburi vaksinasiya olunacaqlar - VİDEO 26 Yanvar 2021, 09:45 Azərbaycan əhalisi ən çox bu xəstəliklərdən əziyyət çəkir 26 Yanvar 2021, 09:40 Ermənilərin təslim olmaq çağırışını rədd edən Daşaltı ŞƏHİDLƏRİ... 26 Yanvar 2021, 09:34 Lavrov və Zərif Qarabağı müzakirə edəcəklər 26 Yanvar 2021, 09:28 Dünənki partlayışda ölən qadının fotosu yayıldı - azyaşlı qızının axtarışları davam edir 26 Yanvar 2021, 09:22 Yazıçılar Birliyi “Nizami Gəncəvi ili” üçün nə edəcək? 26 Yanvar 2021, 09:16 Neft ucuzlaşmaqda davam edir 26 Yanvar 2021, 09:10 Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri 26 Yanvar 2021, 09:05 Hindistanda hərbi helikopter qəzaya düşdü, pilot öldü 26 Yanvar 2021, 09:00 Şuşada Şəhidlər Xiyabanı... 26 Yanvar 2021, 08:55 Kişi arvadı ilə dalaşdı özünü binadan atdı 26 Yanvar 2021, 08:50 “WhatsApp” 30 milyon abunəçisini itirdi 26 Yanvar 2021, 08:42 ABŞ-da 74 yaşlı qadın maliyyə naziri oldu 26 Yanvar 2021, 08:36 Qorxu koronavirusa yoluxma riskini artırır 26 Yanvar 2021, 08:31 Azərbaycanın Avropa Şurasına üzvlüyünün 20 illiyi qeyd olundu - FOTO 26 Yanvar 2021, 08:26 Merkel Baydeni Almaniyaya dəvət etdi 26 Yanvar 2021, 08:20 Koronavirusa yoluxanların sayı 100 milyonu ötdü 26 Yanvar 2021, 01:00 Bayden Trampın bu qərarını ləğv etmədi 26 Yanvar 2021, 00:49 Xırdalanda dağıntılar altından bir nəfərin cəsədi çıxarıldı - VİDEO - YENİLƏNİB 26 Yanvar 2021, 00:35 Partlayışda qonşularına kömək edən şəxsin ayağı sındı   26 Yanvar 2021, 00:29 İcbari Tibbi Sığorta sistemi 2 mərhələdə həyata keçiriləcək 26 Yanvar 2021, 00:17