Modern.az

Təhsil Nazirliyində vətəndaş qəbulunun dayandırılması müddəti uzadıldı

Təhsil Nazirliyində vətəndaş qəbulunun dayandırılması müddəti uzadıldı

6 Yanvar 2021, 13:22

Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 31 yanvar 2021-ci il tarixinədək fəaliyyətini dayandırıb.

 

Bu barədə Modern.az-a Nazirlikdən məlumat verilib.

 

Bildirilib ki, bu, ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Nazirlər Kabinetinin 8 dekabr 2020-ci il tarixli 488 nömrəli qərarı ilə əlaqədardır.

 

"Bu müddətədək vətəndaşlar Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna zəng etməklə və ya nazirliyin rəsmi saytı (//edu.gov.az/az/contacts/appeal) vasitəsilə müraciət edə bilər, yaxud nazirliyin elektron resurslarında (//edu.gov.az//ict.edu.az) təqdim edilən müxtəlif xidmətlərdən yararlana bilərlər.

 

Təhsil Nazirliyinin rəsmi məlumatlarını nazirliyin rəsmi saytı, həmçinin sosial şəbəkələrdəki səhifələrindən (//www.facebook.com/tehsil.gov.az//twitter.com/tehsilgovaz//www.instagram.com/edugovaz/,
//www.youtube.com/user/tehsilgovaz@edugovaz izləmək tövsiyə edilir", məlumatda bildirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi