Modern.az

Deputatlar işə çıxdılar

Deputatlar işə çıxdılar

Parlament

18 Yanvar 2021, 09:20

Milli Məclisin yaz sessiyasının komitə iclaslarının keçirilməsinə başlanılıb.

 

Modern.az xəbər verir ki, bu gün yanvarın 18-də Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçiriləcək.

 

İclasın gündəliyinə isə 2 məsələ daxil edilib. Bunlar aşağıdakılardır:

 

1. Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci ilin payız sessiyası dövründə Elm və təhsil komitəsində görülən işlər barədə hesabat.

 

2. Milli Məclisin Elm və təhsil komitəsinin 2021-ci ilin yaz sessiyası üçün iş planının müzakirəsi.

 

Qeyd edək ki, parlamentin yaz sessiyasının ilk plenar iclası fevralın 1-də keçiriləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı