Modern.az

Azad olunmuş ərazilərdə 54328 hektar meşə sahəsi məhv edilib

Azad olunmuş ərazilərdə 54328 hektar meşə sahəsi məhv edilib

29 Yanvar 2021, 15:33

“İşğal ərzində 54 328 hektar meşə sahəsi məhv edilib”.

Modern.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu gün keçirilən brifinqində nazir müavini Firdovsi Əliyev bildirib. F. Əliyev deyib ki, işğaldan azad olunmuş ərazilərin təbiəti, ekologiyası hər bir azərbaycanlını narahat edirdi:

“Uzun əsrlər boyu Azərbaycanın belə möhtəşəm zəfəri olmamışdı. Biz o torpaqlara həmişə həsrətlə boylanırdıq. Mən 3 dəfə həmin müqəddəs torpaqlarda olmuşam. Həmin ərazilər çox qiymətli ərazilərdir. Torpaqlarımız işğaldan azad olunan kimi cənab Prezidentin sərəncamı ilə komendantlıqlar və daha sonra qərargah yaradıldı. 30 il müddətində daha çox ekologiyamız ziyan çəkmişdi. İşğal ərzində 54 328 hektar meşə sahəsi məhv edilib. Bu ilkin müşahidələri peyk görüntüləri əsasında qeydə almışıq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü