Modern.az

Daşnak təxribatlarının Sumqayıt ssenarisinin “səhnələşdirilməsi” - Şahid jurnalist YAZIR

Daşnak təxribatlarının Sumqayıt ssenarisinin “səhnələşdirilməsi” - Şahid jurnalist YAZIR

1 Mart 2021, 18:07

Jurnalist Rəhman Orxan 1988-ci ilin fevralında Sumqayıtda erməni daşnakları tərəfindən başlanılan  təxribatların elə ilk günündə tamamilə təsadüfən onların şahidi, həm də qeyri-ixtiyari olaraq mitinqlərin “köpünü” almağa cəhd edən ilk “iştirakçısı” olub. 

O, 33 il əvvəl baş vermiş həmin hadisələrin necə başlandığı və səbəbləri ilə bağlı fikirlərini bölüşüb. Modern.az Rəhman Orxanın yazısını  təqdim edir.

 

Erməni arvadının qohum-qardaşını BTZ-yə gəlirli vəzifələrə dolduran zavod direktoru və...

 

Həmin il fevralın əvvəllərindən etibarən Ermənistanın Göyçə və Zəngəzur mahallarında malı-mülkü talanıb-yandırılan, dədə-baba yurdlarından vəhşicəsinə qovularaq, güclə qaçıb canını qurtaran həmvətənlərimizin Azərbaycana, xüsusilə də Sumqayıta axını güclənmişdi. Əslində bu axın hələ xeyli əvvəl başlamışdı. Şəhər miqyasında bu bütünlükdə aydın hiss olunmasa da, 4 N-li mənzil-istismar idarəsinin o zamankı rəisi, milliyyətcə osetin olan, “JEK” müdirləri içərisində özünün prinsipiallığı, az-çox obyektivliyi, düzlüyü və savadlı olması ilə seçilən Mədinə xanım Meyburaşvili narahatlığını gizlətməyərək bir dəfə demişdi ki, “Qafan və Qacarandan Sumqayıta gəlib, ev alanlar çoxalıb. Deyəsən, ermənilər orada bizimkiləri dinc yaşamağa qoymurlar.” Osetin qadın bundan narahatlıq keçirsə də, şəhərin məsələdən xəbərdar olan bir-çox vəzifəli şəxsləri - azərbaycanlılarımız qətiyyən bunun fərqinə varmırdılar (düzünü  deyim ki, Qacaranın adını da mən ilk dəfə o qadından eşitmişdim). 


Bir vaxtlar xarici qüvvələrin və bolşevik Rusiyasının təzyiqi ilə bugünü düşünmədən “səxavətlə” ermənilərə pay verdiyimiz qədim yurd yerlərimiz olan Göyçə və Zəngəzurdan Sumqayıta pənah gətirən həmvətənlərimizlə bizə gəlib çatan sarsıdıcı, müdhiş xəbərlər, Əsgərana tərəf etiraz nümayişi zamanı ermənilərin silahsız ağdamlılara atəş açaraq, iki gənci qətlə yetirməsi zamanın ədalətsizliklərinə və haqsızlıqlarına qarşı heç vaxt laqeyd olmayan sumqayıtlıların üsyankar ruhunu daha da coşdurmuş, alovlandırmışdı.
 


...Fevralın 26-da "Vışka" qəzetinin Sumqayıtın Mərkəzi poçt binasında yerləşən müxbir məntəqəsində qəzet üçün yazı hazırlayarkən birdən qarşı tərəfdəki küçədən adamların hay-küylü səslərini eşidib, əsəbiləşdim ki, camaatımız yenə də kartof-soğan növbəsində bir-birini qırırlar. Səs-küyün azalmaq əvəzinə getdikcə artdığını görüb, növbə davası döyən “alıcılar”in ünvanına deyinərək, yazı masasından qalxıb, pəncərəyə yaxınlaşarkən tamam başqa bir mənzərə gördüm: gənclərdən ibarət böyük, izdihamlı bir dəstə “Qarabağ bizimdir!”, “Ermənilərə ar olsun!”, “Ermənilər, Qarabağdan rədd olun!” kimi şüarlar səsləndirərək, əllərində böyüklü-kiçikli bayraqlarla küçə boyu sürətlə, az qala qaça-qaça irəliləyirdilər. Gənclərimizin öz coşqunluğu ilə ürəkləri riqqətə gətirən vətənpərvərlik, qeyrət hissinin təsirindən həmin anda yazacağım yazını, bütün hər şeyi unudub, arxa plana ataraq, cəld küçəyə qaçdım.


Döyüşə hazır imiş kimi inqilabi ruhla, əzmlə, vüqarla addımlayan cavanlar maşın yolu ilə sürətlə, qışqırışaraq irəliləyir, mən isə səki ilə onların yanınca gedərək, fəxrlə, qürur hissi ilə onlara baxırdım. Gənc “üsyançılar” heç kəsə və heç nəyə məhəl qoymadan və toxunmadan küçə boyu qaçışırdı və mən onlarla güclə ayaqlaşa bilirdim. İlk anlarda elə düşünmüşdüm ki, onlar bu yürüşləri ilə sadəcə bütün sumqayıtlıların diqqətini ermənilərin Qarabağa iddialarına yönəltmək, buna qarşı barışmazlıq nümayiş etdirməyə çagırış məqsədi güdürlər. Təbii ki, bu, başa düşülən, bütünlüklə qəbul ediləcək bir niyyət kimi mühüm və əhəmiyyətli, vacib idi.


Düzü, çox da böyük olmayan bir şəhərdə yaşasaq da, “üsyançı” gənclərin çoxunu üzdən tanıya bilmədiyimdən “papaq altda oğullar varmış” düşünərək, onların yanınca, hələlik üsyançı cərgələrinə qoşulmadan, yalnız kənardan seyr etməklə getməkdə davam edirdim. Küçə boyunca orda-burda səsə-haraya yığışanlar gənclərin yürüşünü ürəkdən alqışlayaraq, onları sevinclə salamlayırdı. Getdikcə dəstəyə qoşulanların da sayı artırdı. Nümayişçilər “Dostluq” (hansı dostluq?..) küçəsindən “Sülh” (qəribə deyilmi - “Dostluq” və “Sülh”?) küçəsinə kimi sülh şəraitində yürüsələr də, məhz bu küçədən başlayaraq “sülh” pozulmağa başladı. Həmin küçələrin kəsişməsində qarşı tərəfdən qəfildən peyda olmuş 10-12 nəfərlik dəstə iştirakçılarından bir-neçəsi işıqforun qırmızı işığında dayanmış avtobusun qapı-pəncərələrini döyəcləyərək, sürücüdən qapıları açmağı, sərnişinlərdən isə onlara qoşulmağı tələb etməyə başladılar. İçərisində əksəriyyəti qadın və uşaqlar olan sərnişinlər nə baş verdiyini anlamayaraq, qorxu içərisində avtobusdan düşüb qaçsalar da, bəziləri narazılıqlarını bildirir, maşını tərk etmək istəmir, Sumqayıtda əvvəllər heç zaman üzləşmədikləri belə bir zorakılığa dözməyərək, etiraz edirdilər. Belə olduqda 4-5 nəfər “nümayişçi” avtobuslardan birinə doluşaraq (digər bir avtobus qapıları açmadı və yaşıl işıq yanan kimi sürətlə yerindən qopub, yoluna davam etdi), içəridəkilərə güc tətbiq etməyə başladılar. Vəziyyətin kəskinləşdiyini görüb, sərnişinlərin qabaq qapıdan düşmələrinə kömək etmək üçün bir nəfər yaşlı adamla birgə arxa qapıdan salona daxil olub, aranı sakitləşdirməyə, dəliqanlılıq edən “üsyançıları” maşından düşürtməyə çalışdıq. Bir-neçəsi maşını tərk etsə də, onlardan sumqayıtlı olduğu şübhə doğuran qara geyimli birisi fikrindən dönmək istəmir, qətiyyətlə sonuncu sərnişinləri də düşürtməyə çalışırdı.


Onun qolundan yapışıb, qadınlarla işi olmamasını tələb etdikdə onun bulanıq baxışlarından sərxoş olduğunu, ayaq üstə güclə dayandığını gördük. Bizə qarşı da kobudluq edəcəyini, əlbəyaxa olacağımızı gözlədiyimiz halda o, qeyri-müəyyənlik ifadə edən dumanlı, süzgün gözlərlə bizə baxıb, müqavimət göstərmədən “hamı düşsün!” deyərək, əlini yelləyib, salonu tərk etməkdə olan sonuncu sərnişinlərin ardınca avtobusdan düşərək, ləngər vura-vura qaçıb dəstəyə qoşuldu. Yalnız çox sonralar onun bulanıq, aydınlığını itirmiş baxışı gözlərim önündə yenidən canlanarkən mənə aydın oldu ki, həmin oğlan erməni “təlimçilər” tərəfindən məqsədli şəkildə qabaqcadan, qəsdən içirdilmiş, nəşələndirilmiş gənclərdən, Azərbaycan dilində tərtəmiz danışan ermənilərdən biri imiş və spirtli içkinin təsirindən daha çox tiryəkin gücündən o hala düşübmüş.


Avtobusdakı münaqişə davam etdiyi müddətdə nümayiş dəstəsinin bir qrupu 20 ildən artıq “zavmaq” işləyən Səməd adlı “məşhur” bir adamın “Sputnik” kimi tanınan ərzaq mağazasına doluşmuşdular. Səmədin başına yığdığı, əksəriyyəti erməni olan satıcı qadınlar uzun illər idi ki alıcılara çəkidə və qiymətdə həyasızcasına, “məharətlə” kəf gəlməyi bacardığından mağazanın işi “xod” gedirdi (bir vaxt - 1986-cı ilin sonlarında qəzetimizin xətti iə keçirilən “fəhlə reydi”ndən sonra çalışdığım “Vışka” qəzetində kəskin tənqidi yazı verərək, Səmədin “sağ əli” olan nataraz, gombul erməni qadının məsuliyyətə cəlb olunmasına, 5 il azadlıqdan məhrum edilməsinə nail olsam da, heç bir il keçməmiş mağaza müdiri xeyli “maya” qoyaraq, həmin “əvəzedilməz” erməni qadını həbsdən azad etdirib, yenidən “iş başına” qaytara bilmışdı).


Avtobusda xuliqanlıq edənlərə başım qarışdığından, üsyançı dəstə “Sputnik”ə doluşduqdan sonra mağazanın içərisində nələr baş verdyindən xəbərim olmadı (düzü, bunu sonralar da öyrənə bilmədim, ancaq gərək maraqlanaydım). Bir qədər sonra dəstə mağazadan hay-küylə, hay-harayla çıxaraq, “Qarabağ! Qarabağ!” qışqıra-qışqıra “Sülh” küçəsi ilə mərkəzi bazara tərəf qaçmağa başladı... Tramvay yolu ilə irəliləyib, Nizami küçəsi ilə üzüyuxarı gedərkən N.Xruşşovun “pomidor dayanacağı“ yaxınlığında (deyilənə görə, həmin Sovet rəhbəri bir dəfə Sumqayıta gələndə orda onun başına pomidor atılmışdı) qarşılarına çıxan qəzet köşkünün erməniyə məxsus olduğunu zənn edərək, daş-kəsəklə vurub dağıtmaq istəsələr də, ətrafdakı adamlar “ermənilərin deyil” deyə dağıntıya yol verilməməsinə çalışdılar. Lakin şəhər Partiya Komitəsinin yaxınlığındakı qəzet köşkünə çatarkən onların ora hücumunun qarşısını çox çətinliklə almaq mümkün oldu. Orda həqiqətən də bir erməni qadın (cavanların xoşuna gələn yaraşıqlı, incə belli...)  işləyirdi və yəqin ki dəstə bunu dəqiqliyi ilə bilirdi. Təsadüfdənmi, yoxsa əvvəlcədən bildiyindənmi, köşkün satıcısı içəridə deyildi, yoxsa ordan salamat çıxmayacaqdı. “Üsyançılar” köşkün pəncərələrini daşa basdıqdan sonra hay-harayla Sumqayıt şəhər Partiya Komitəsinin qarşısındakı keçmiş Lenin meydanına toplaşdılar. Əvvəlcə “Qarabağ! Qarabağ!” deyə qışqırışsalar da, bir müddət sakitləşdilər, sanki kimisə gözləyirdilər – yəqin ki, şəhər rəhbərliyini. Kiminsə onların qarşısına çıxaraq, nəsə bir ümidverici söz deməsini, Dağlıq Qarabağ məsələsinə aydınlıq gətirilməsini istəyirdilər. Ətrafda isə heç kəs, hətta hər səsə-küyə, dava-dalaşa müntəzir olan milis işçiləri də gözə dəymirdi.


Vəziyyəti belə görüb, o yan–bu yana baxaraq, işimlə bağlı tez-tez baş çəkdiyim Partiya Komitəsinin binasına yaxınlaşaraq, içəri keçib, ordakılardan heç olmasa bir-iki rəhbər işçinin izdiham qarşısına çıxıb, hissləri qaynayıb-coşan gənclərə müraciətlə bir-iki kəlmə deməsini xahiş etmək istədim. Lakin qapılar bağlı idi. İçəridə vurnuxan arıq, yöndəmsiz yaşlı erməni gözətçi - milis işçisi məni yaxşı tanısa da, əllərinin çarpaz işarəsi ilə “olmaz!” işarəsi verdi və daha bir işarə ilə bunun “yuxarıdakıların” (aparat rəhbərliyinin) tapşırığı olduğunu bildirdi. Nə qədər təkid etsəm də, o, nəinki qapını açmadı, hətta durduğu yerdə - xeyli gendə dayanaraq, heç qapıya yaxın da gəlmədi. (Şəhərdə hamının Edik kimi tanıdığı o qartımış erməni gözətçi neçə illər idi orda – şəhərin “pullu” yeri olan “1 nömrəli post”da işləyirdi. Guya ora ondan başqa "yaraya bilən" bir nəfər də azərbaycanlı yox idi). 


Edik Qriqoryan və “qara plaşlılar” – təlimatçı emissarlar...


Belə olduqda “Qarabağ!, Qarabağ!” deyə gur-gur guruldayan meydanı sakitləşdirmək üçün geriyə qayıdaraq, yanında Leninin böyük heykəlinin ucaldığı tribunaya qalxmaqdan başqa çarəm qalmadı – gənclərin Göyçə, Zəngəzur, Qarabağ nigarançılıqlarına biganə qalmaq olmazdı. “Əziz həmvətənlərimiz!” müraciəti ilə meydana toplaşanları salamladım və özümü təqdim etdim. Biləndə ki, qarşılarındakı respublika qəzetlərindən birinin müxbiridir və deyəndə ki, “mən də sizinləyəm!”, hay-küylə, sevinclə qışqırışaraq, əl çaldılar. Meydanda gənclərin çoxluq təşkil etdiyi 250-300 nəfər adam olardı. Nədənsə diqqətimi izdihamın sağ tərəfində bir-neçə yerdə qara plaşlı, gödəkçəli 4-5 nəfər cəlb etdi (bunu sonralar dəqiqliklə xatırladım). Onlar izdihamın gur yerində dayansalar da, meydana toplaşanlardan, qışqırıb fəallıq göstərənlərdən fərqli olaraq sakitcə ora-bura boylanır, izdihama qoşulub qışqırmır, əl-qol atmır, əl çalmırdılar. Onların kim olduqları sonralar məlum olmuşdu – sən demə, onlar daşnak emissarları, Sumqayıt təxribatlarının təşkilatçıları imişlər...


Mən meydana müraciətlə Qarabağın əzəli və müqəddəs Azərbaycan torpağı olduğu, o yerlərin Azərbaycana M.P.Vaqif, X.Natəvan, Üzeyir Hacıbəyov, Bülbül, Xan Şuşinski kimi görkəmli şairlər, bəstəkarlar, ustad xanəndələr və digər sənətkarlar bəxş etdiyi, Şuşanın, Xankəndinin qədim, şanlı tarixi haqda və s. az-çox bildiklərim barədə pafosla danışaraq, həm də onlara vətənpərvərlik duyğularına görə təşəkkür edərək, müəyyən ünsiyyət qura bilsəm də, “Sumqayıt bizim hər birimizin doğma şəhəridir, gəlin heç nəyi dağıtmayaq, qırmayaq, ağılla, düşüncə ilə hərəkət edək” kimi fikirlər səsləndirdikdə izdiham qışqırışaraq, məni “hoydu-hoydu”ya götürürdü. Belə olanda yenə “val”ı onlar istəyən tərəfə çevirməli olurdum. Nə partiya, nə də İcraiyyə komitəsindən bir nəfər də olsa çıxaraq toplaşanlara müəyyən məsləhət, istiqamət vermək istəyində olan yox idi. Bilirdim ki, şəhərin birinci katibi – təcrübəli və işgüzar, yüksək təşkilatçı-rəhbər, qeyri-adi düşüncəli, olduqca tədbirli olan, qayğıkeşliyi və səmimiliyi ilə az bir zamanda şəhər sakinlərinin böyük hörmət-nüfuzunu qazanmış Cahangir Müslümzadə həmin günlər məzuniyyətdə, respublikadan kənarda idi. O, şəhərdə olmadığı üçün isə kimsə məsuliyyəti öz üzərinə götürüb, qaynayıb-coşan meydan qarşısına çıxmaq istəmirdi.


Qəribə idi ki, toplaşanlardan da kimsə tribunaya qalxıb söz demək fikrində deyildi. Bu, həm “üsyançılar” arasında ziyalıların, həm də hərəkata liderlik edə biləcək bir kəsin olmadığını, prosesin kortəbii xarakter daşıdığını göstərirdi. Axı, onları Vətən sevgisi, millət, xalq qeyrəti ayağa qaldırmışdısa, onda gərək onlar öz “daxili yanğılarını” söndürmək üçün tribunanı çıxışları ilə “dağıdaydılar”, öz fikirlərini söyləmək üçün bir-birinə aman verməyəydilər. Ancaq belə olmadı. Bu isə indiki halda “kütlə”yə başqa niyyətli bir “dirijorun” rəhbərlik etməsindən, onun ssenari və proqramında kiminsə çıxış etməsinin, söz deməsinin nəzərdə tutulmamasını göstərirdi.


Meydandan hərdən “Paşa” adını eşidir, lakin bu adın sahibinin hansısa bir azərbaycanlı olduğunu zənn edərək, yüzlərlə adamın içərisində niyə məhz bu adın səslənməsinə əhəmiyyət vermirdim. Həm də ki, həmin anlarda diqqət konkret olaraq kiməsə yox, bütün meydana yönəlməliydi. Ancaq, sən demə, “dirijor” elə həmin Paşa imiş - əsl adı sonralar bəlli olan Eduard Qriqoryan. Ancaq bəs niyə onu ermənilərin bu adı adətən qısaldımış şəkildə deməyi xoşladığı Edik kimi yox, Paşa deyə çağırırdılar? Yəqin ona görə ki, Sumqayıtda böyüyüb, Azərbaycan dilini mükəmməl bilən Edik üçün başına yığdığı dəstəni özünün azərbaycanlı olduğuna inandırmaq istəyi ilə Paşa daha münasib, baş aldadıcı bir ad idi. Türkcə “general” mənasında olan bu təxəllüsü isə Edik (o tutulduqdan və hadisədən bir-neçə gün keçdikdən sonra onun ailəsinin şəhərin ən gözəl yerində - Mərkəzi diş poliklinikasının yerləşdiyi, üzü dənizə baxan, Leninqrad layihəli məşhur “8 mərtəbə”dəki evində olmuş, rus anası və çox gözəl olan rus xanımı ilə görüşüb, söhbət etmişdim), şübhəsiz ki, özü üçün heç də təsadüfi seçməmişdi - əvvəla, şəhərin cavanları onu azərbaycanlı kimi qəbul edəcəkdi, digər tərəfdən isə o, özünü “general” kimi hiss edərək, ətrafına daha çox “əsgərlər” toplamağa həvəsli olacaqdı.


Düzdür, bu fikirləri uzun illər ötdükdən sonra, az-çox analiz əsasında söyləmək mümkün idi, ancaq o zaman – tribunadan çıxış edərkən əsas məqsədim meydanda qaynayıb-coşan cavanların vətən sevgisini alqışlamaqla yanaşı, onların təhlükəli, bəd əməllərdən çəkinmələrinə nail olmaq idi. Meydandakılar isə, görünür, uzun-uzadı çıxışlara qulaq asmaq həvəsində deyildilər. Odur ki, 7-8 dəqiqə meydanda dayanıb, mənim “moizələrimə” qulaq asdıqdan sonra da şəhər rəhbərlərindən heç kəsin onların qarşısına çıxmaq niyyətində olmadığını yəqin edərək, yenidən burulub mərkəzi poçta tərəf yürüş etməyə başladılar.


Artıq dəstədən çox “kütlə”yə çevrilməkdə olanların yenidən eyni marşrutla hərəkətə başlaması narahatlıq doğurduğundan dərhal tribunadan enərək, onların ardınca düşdüm. Və birdən qabaqda gedənlərin bir yerə toplaşıb, “vur, ermənidir!” dediklərini eşitdim. Mən onlara çatana kimi bir nəfəri 2-3 gün əvvəl qazılmış xəndəyə (rabitəçilər onu yeni kommunikasiya xətti çəkmək üçün qazmışdılar) salaraq, bədənini, baş-gözünü təpikləməyə başladılar. Və... ilk qan orda töküldü. Sonradan bilmişdim ki, öz hərəkətlərini cilovlaya bilməyən kütlə küçənin sağ tərəfindəki cərgədə olan saatsaz dükanına soxularaq, onun sahibinin erməni olduğunu zənn edib, onu döyərək al qanına boyamışdılar. Kim olduğunu bilməsəm də, köməksiz bir adamın o hala salınmasına dözməyib, yalandan “erməni deyil, mən tanıyıram” deyib, bir-neçə nəfərin köməkliyi ilə onu tramvay yoluna doğru çəkib, taksi ilə təcili yardım xəstəxanasına göndərməyə çalışsam da, təsadüfən ordan keçən sürücülər həyəcanlı səs-küyə görə maşınlarını saxlasalar da, döyülənin al-qan içində olduğunu görüb, tez-tələsik oradan uzaqlaşırdılar. Nəhayət, bir insaflı sürücü maşını saxladı. Hay-küyə toplaşan adamlardan o bədbəxti (sən demə o, saatsazın özü yox, onu bir saatlıq əvəz etməyə gəlmiş qardaşı, azəbaycanlı imiş). 


Qarşıda daha bir təhlükə baş verəcəyini hiss edərək, var gücümlə (onda cavan idim - cəmi 37 yaşım vardı, yaxşı qaçırdım) Mərkəzi poçta tərəf götürüldüm. Oraya çatarkən dəstədən bir qrupun ayrılaraq, “burda çoxlu erməni var!” deyib, girişə tərəfə yönəldiyini gördüm. Tez özümü irəli ataraq, nəyəsə nail ola biləcəyimə o qədər də inanmadan onların qarşılarını kəsib, az qala bağıra-bağıra yenə də yalandan dedim: “Uşaqlar, burda erməni yoxdur, vallah, yoxdur!”. Onlar qışqırışaraq içəri keçməyə can atsalar da, qarşılarındakının bir qədər əvvəl tribunadan tanıdıqları adamın olduğunu görüb, yəqin ki inanaraq, ani olaraq duruxub dayandılar və birdən kiminsə “getdik!” komandası ilə burulub yollarına davam etdilər. Keçirdiyim həyəcan və gərginliyin təsirindən taqətsizlik, yorğunluq hiss etdiyimdən daha onların ardınca getmək istəyində olmadım. Şükr elədim ki, nə yaxşı, onlar mənə inanıb, poçta girmədilər, yoxsa daşnaklar üçün mühüm dəlil ola biləcək böyük bir faciə, dağıntı baş verəcəkdi – orda ən azı 7-8 nəfər erməni rabitəçi qadın işləyirdi. Hər halda mənə inanan o vaxtkı uşaqların sayəsində dağıntı və ölüm baş vermədi (axı, biz ermənilər kimi cəllad olmağı bacarmırıq. Bu yaxşıdır, yoxsa – pis? Yəqin ki, baxır yerinə, şəraitinə...). Gözləmədiyim halda, ən həlledici, dramatik bir məqamda “getdik!” komandası verən oğlanın da poçt şöbəsinə ziyan dəyməməsində rolu az olmadı. Ancaq hər halda tribunada görməsəydilər və mənə inanmasaydılar, baş verə biləcək dağıntının, ölümün qarşısını necə ala bilərdim ki?


...Təxminən 20-25 dəqiqədən sonra yürüşçülər şəhərin küçələrində növbəti dövrəni başa vurub, yenə də mərkəzi meydana toplaşmışdılar və hər tərəfdən “Qarabağ!” nidaları yüksəlirdi. Ətrafa xeyli adam toplaşmaqda idi. “Yaşıl bina” yenə də meydanın üzünə bağlı idi. Sağa-sola göz gəzdirib, şəhər rəhbərliyindən heç kəsi görmədikdə yenə izdihamın önünə çıxmalı oldum. Xalqımızın igid, mərd oğulları Koroğlunun, Babəkin, Şah İsmayıl Xətainin, Cavad xanın torpaq, Vətən uğrunda mübarizələrindən, qəhrəmanlıq və rəşadətlərindən söhbət açaraq, sıraları anbaan genişlənməkdə olan mitinq iştirakçılarını Qarabağ uğrunda, Vətənin hər qarış torpağı uğrunda mübarizədə sonadək dönməz, mətanətli olmağa səsləməklə yanaşı onları erməni vəhşiliklərinə dözməyərək, Sumqayıta pənah gətirmiş həmvətənlərimizə dayaq durmağa, təmkinli olmağa, mümkün ola biləcək təxribatlara uymamağa çağıraraq, sakitləşdirməyə çalışdım. Məndən sonra bu dəfə izdihamın içərisindən kimsə də söz alıb danışmağa başladı. Mikrofon-zad olmadığından hərdən onun səsi izdihamın əks-sədasına qarışaraq, eşidilməz olurdu... Onu da gah alqışlayır, gah da fitə basırdılar. 


N.Gəncəvinin Gəncədən "göndərdiyi" halallıq sevən, “kərpic kəsən kişinin” – 
Həsən kişinin nəvəsi Həsən Həsənovun meydana gəlişi 


Birdən meydanın sol tərəfində qara rəngli bir “QAZ-31” maşını peyda olaraq, Partiya Komitəsinin binası qarşısına dönüb dayandı. Hamının diqqəti ora tərəf yönəldi. Maşından düşən adamın çox böyük hörmət bəslədiyim Mərkəzi Komitə katibi, xalqımızın vətənpərvər, qeyrətli oğlu Həsən Həsənovun olduğunu görüb, onu qarşılamaq üçün cəld tribunadan endim. Onunla ilk dəfə idi ki şəxsən görüşürdüm (bir dəfə - Novruz bayramında ona “xalqımızın əziz oğlu Həsən Əziz oğlu Həsənov” müraciətli bir təbrik məktubu göndərmişdim). Azərbaycanın tanınmış, xalq tərəfindən xüsusi rəğbət bəslənilən bu nüfuzlu dövlət xadiminin gəlişinə hədsiz sevinərək, onu hörmətlə salamlayıb, özümü təqdim etdim. İlk sualı bu oldu: “Bəs rəhbərlik hanı?”. Binanı göstərib dedim: “İçəridədirlər, Həsən müəllim, ancaq qapını bağlayıblar”.


Onun böyük dünya görüşünə, yüksək intellektə, həm də gözəl natiqlik məharətinə malik müdrik bir adam olduğunu bildiyimdən, xahiş etdim ki, tribunaya qalxıb meydandakılara müraciət edərək, fikirlərini bildirsin, gəncləri təmkinli, sakit olmağa, təxribatlara uymamağa çağırsın. O, məni dinləyib, heç nə demədən əvvəlcə Partiya Komitəsinin binasına tərəf bir-iki addım atsa da, sonra nəsə fikirləşərək, tribunaya tərəf döndü. Onu “üsyançılara” illərlə tanıdığım kimi – xalqını, yurdunu sevən vətənpərvər bir insan olaraq təqdim edərək bildirdim ki, Həsən müəllim bir vaxtlar Sumqayıtın, daha sonra isə Gəncənin (o zaman hələ Kirovabad adlanırdı) rəhbəri olub, ancaq bir çox katiblərdən fərqli olaraq həmişə təmiz adı ilə seçilib, elin-obanın dərin hörmət-nüfuzunu qazanıb, hətta Gəncənin milli memarlıq üslubu ilə abadlaşdırılması işində qırmızı kərpicə üstünlük verdiyindən gəncəlilər onu “kərpic Həsən” adlandırmışdılar. Bunu dediyimlə meydanda ucadan alqış sədaları, uğultu  qopdu.


Həsən müəllimin vətənpərvər ruhlu maraqlı, odlu-alovlu, məzmunlu çıxışı meydan tərəfindən sükutla, diqqətlə dinlənildi, dəfələrlə alqışlarla qarşılandı. O, gəncləri və meydana axışan digər şəhər sakinlərini əsası olmayan, yersiz şayiələrə, təxribatlara uymamağa, səbrli, təmkinli olmağa çağıraraq bildirdi ki, respublika rəhbərliyi xalqla birdir, həmrəydir, Ermənistanda və Dağlıq Qarabağda baş verən separatçı, xəyanətkar hərəkətlərlə bağlı müvafiq tədbirlər görülür. O, mitinq iştirakçılarına heç bir təxribata yol verməməyi, şəhərdə sakitliyi və dincliyi qorumağı tövsiyə edərək, onların alqışları altında tribunadan endi.


Mərkəzi Komitə katibinin gəlməsindən xəbər tutan şəhərin rəhbər işçiləri də, nəhayət, yavaş-yavaş “qorkom”dan çıxaraq, tribunanın ətrafına toplaşmışdılar. Şəhərin İcraiyyə Komitəsinin sədri Təvəkgül Məmmədov Həsən müəllimlə ehtiramla görüşüb, vəziyyəti birlikdə müzakirə etmək və məsləhətlərini, tapşırıqlarını öyrənib-bilmək üçün onu Partiya Komitəsinin binasına dəvət etdi (bütün bu deyilənləri, heç şübhəsiz ki, Həsən müəllim özü də təsdiq edə bilər). Meydanda mitinqə toplaşanlar arasında isə şəhərin idarə və müəssisə rəhbərlərinin, ziyalıların, o cümlədən mədəniyyət işçilərinin, müəllimlərin, həkimlərin və s. sıraları yavaş-yavaş  genişlənməkdə idi. Şəhərin tanınmış ziyalıları qarşıda bizi hələ nələr gözlədiyini təsəvvürlərinə belə gətirmədən vətənpərvərlik duyğusu ilə kürsüyə qalxıb, çıxış edir, gəncləri təmkinli, sakit olmağa çağırırdılar. Təhsil, səhiyyə nümayəndələrinin, müəssisə rəhbərlərinin və digərlərinin bir-birinin ardınca davam edən çıxışları diqqətlə qarşılanırdı. Ancaq hərdən kiminsə çıxışında nəsə xoşa gəlmədikdə meydanda narazılıq bildirən səslər ucalırdı...


Mədəniyyət sarayının damından Lenin meydanındakı hərəkatı “elə-belə” çəkən erməni fotoqrafı və 50 milyonluq xalqa vurulmuş ağır, ciddi zərbə... 


İzdihamın genişləndiyi, mitinqin gücləndiyi bir vaxtda qarşıdaki S.Vurğun adına Mədəniyyət sarayı tərəfdən də mitinqi izləyənlər çoxalmışdı. Birdən bir nəfərin sarayın damına qalxaraq, oradan fotoaparatla meydandakı hərəkatın gedişini çəkməsi diqqəti cəlb etdi. İzdihamın içərisindən bunu görən bir-neçə dəliqanlı gənc hirslənərək, atletik cəldliklə onun dalınca dama dırmaşıb, yerə düşürdərək, “qorkom”un içərisinə apardılar. Məlum oldu ki, “tökülüb-itən”, pinti üst-başından fəhlə olduğu aşkar hiss edilən 55-60 yaşlı həmin adam... ermənidir. Binanın içərisində, 2-ci mərtəbəyə qalxan pilləkənin üstünə oturdulmuş vəziyyətdə ondan sorğu-sual olundu ki, niyə dama qalxıb oradan meydanı, mitinqi çəkirdi? O isə yazıq, qorxaq görkəmlə: “elə-belə, özüm üçün” dedi. “Hansı mədsədlə özü üçün?” sualı ətrafdakıları maraqlandırarkən birdən “İspolkom” sədri Təvəkgül Məmmədov ona yaxınlaşdı və... ermənini tanıdı. Köhnə tanış kimi ona adıyla müraciət edib soruşdu ki, “ə, sənin o damda nə ölümün vardı?”. O da and-aman elədi ki, vallah, elə-belə çəkirdim, bağışlayın, qələt eləmişəm, bir də eləmərəm. Təvəkgül müəllim nədənsə sadəlövhlük edərək, ermənini sorğu-sual edənlərə üzünü tutub dedi ki, dəyməyin, mən onu çoxdan tanıyıram, yazığın biridir, ziyansız adamdır, bir qələtdir eləyib, buraxın getsin...


Və sədrin “məsləhəti” ilə meydanı “elə-belə” çəkən o “yazıq” ermənini buraxdılar, getdi... Səhərisi gün isə bütün Ermənistan, Sovet və Qərb mətbuatı Sumqayıt meydanındakı mitinqi və bütünlükdə hərəkatı əks etdirən operativ şəkillərlə dolu idi. Ancaq nə o vaxt, nə də sonralar o “həvəskar” fotoqrafı itirib-axtaran olmadı... Bu da bizim o günlərdəki “sayıqlığımızın”, burnumuzun ucundan o yanı görməməyimizin, ürəyi yumşaqlığımızın acıdan da acı, xalqımızın adına silinməz ləkə vurmuş nəticəsi. Kiminsə “agentura çəkilişində” yaxalanmış ermənini tanıyaraq və ona müsəlman sadəlövhlüyü ilə inanaraq, heç bir ciddi yoxlama aparmadan, heç olmasa, aparatdakı lenti çıxarıb götürmədən azad etməsinin nəticəsi... Bəli, yalnız bir nəfər məmurun ürəyiyumşaqlığı, sadəlövhlüyü ucbatından 50 milyonluq bir xalqa vurulmuş ağır bir mənəvi zərbə... 


Məktəbdən gələn bəd xəbər: “meydanda 5 yaşlı uşağı erməni hesab edib... öldürmüşlər”
 


Sabahısı gün də -  fevralın 27-də də şəhərdə mitinq və yürüşlər davam edirdi. Ermənilərin Qarabağda, Göyçədə, Zəngəzurda həmvətənlərimizə qarşı törətdikləri vəhşiliklərə, qəddarcasına tutduqları divanlara görə bütün şəhər narahatlıq və gərginlik içərisində idi. Həmin gün mitinqdən evə xeyli gec qayıtdım. Təzəcə yemək stolu arxasına keçmişdim ki, oğlum Azərin məktəbdə eşitdiyi xəbər əhvalımı pozdu. O, uşaq həyəcanı ilə bildirdi ki, dünən meydanda 5 yaşlı bir uşaq da olub, camaat görüb ki, o, ermənidir, döyə-döyə öldürüblər...


Bütün günü meydanda olduğumdan belə bir hadisənin baş vermədiyinə tam əmin olduğum üçün məktəbdə belə bir şayiənin yayılmasına görə əsəbiləşərək, narahat olmağa başladım. Soruşdum ki, bunu hardan, kimdən eşitmisən? Dedi ki, məktəbdə uşaqlar da, müəllimlər də bundan danışırdılar. Birdən yadıma düşdü ki, şayiəyə əsas varmış, ancaq həmin “əsas” məktəbə çatana kimi həddən artıq şişirdilmişdi. Belə ki...


Dünənki gün axşama yaxın “qorkom”un, hüquq-mühafizə orqanlarının nümayəndələri, sıravi asayiş keşikçiləri artıq tribunanın ətrafına yığışmışdılar və tramvayla, avtobusla işdən qayıdaraq yaxından keçənlər də meydana axışmağa başlamışdı. Meydan başdan-başa adamlarla dolu idi, izdiham get-gedə artırdı. Şəhərin adlı-sanlı, nüfuzlu adamları bir-bir söz alıb, bir qədər əvvəl quraşdırılmış “şnurlu” mikrofona yaxınlaşaraq, meydandakılara müraciətlə Dağlıq Qarabağla, erməni xəyanətkarlığı ilə bağlı öz fikirlərini bölüşürdülər. (Onu da xatırlayıram ki, tribunaya mikrofon qoyulub-qoyulmaması məsələsi “sonrası, nəticəsi necə ola bilər?” tərəddüdü doğurduğundan ciddi, uzun-uzadı müzakirəyə səbəb olmuş, şəhərin Rabitə qovşağının o vaxtkı rəisi, bu ilin yanvarında dünyadan köçmüş gözəl insan, rabitə işinin bacarıqlı təşkilatçısı Mehman Ömərov çıxılmaz vəziyyətdə qalmışdı).


Birdən diqqətimi izdihamın içində o yan–bu yana vurnuxan 5-6 yaşlarında bir oğlan uşağı cəlb etdi. O, gah birinə, gah da digərinə yaxınlaşıb, diqqətlə baxır, sonra nigarançılıqla aralanıb başqa birisindən yapışırdı. Tribunadan “o uşaq kimindir?” deyə soruşsam da, səsimi mikrofonla danışanın səsi eşitməz etdiyindən sualıma reaksiya verən olmadı. Odur ki, cəld aşağı düşərək, uşağı böyüklərin arasından tapıb, qucağıma aldım. Soruşdum ki, atan hanı? Ağlaya-ağlaya uşaq səsi ilə dedi ki, “bilmiyəm, atamı tapmıyam”. Yaxınlıqda kimdən soruşdumsa, uşağa sahib çıxan olmadı. Fikirləşdim ki, görəsən, qarışıqlıqdan istıfadə edib, bəlkə uşağı qəsdən “itirmək”, “azdırmaq” istəyiblər? Ancaq nə üçün, nə məqsədlə? Belə gərgin bir vaxtda bu da şübhələrimə səbəb olduğundan, onu tribunaya apardım və şəhərin İcraiyyə Komitəsinin sədri, boyca hündür olan Təvəkgül Məmmədovdan uşağı başı üzərinə qaldıraraq, atasının tapılması üçün meydandakılara göstərməsini xahiş etdim.


Təvəkgül müəllim uşağı qucağına alaraq, mikrofonla meydana müraciət etdi, uşağın kimin olduğunu soruşdu. Bir də gördük ki, bir nəfər izdihamın içərisindən əllərini başı üstündə yelləyərək, işarə ilə “mənim oğlumdur” deyib, qaça-qaça gəldi. Uşağı dərhal sevinclə qucağına almaq istədi, ancaq belə hallarda adətən tədbirli və düşünülmüş şəkildə hərəkət edən Təvəkgül müəllim əvvəlcə ondan, sonra da uşaqdan adını, həm də “sənin atandırmı?” deyə soruşub, əminlik hasil etdikdən və atasını səhlənkarlığına görə ciddi danladıqdan, “dərsini” verdikdən sonra uşağı qaytardı.


Yəni, məsələ bu cür olmuşdu və uşağın atası da, təbii ki özü də erməni yox, azərbaycanlı idilər. O balaca oğlanı nəinki döyən, heç çırtma vuran da olmamışdı. Sadəcə, hamının diqqəti həyəcanla, nigarançılıqla çıxış edənlərdə olduğundan, ətrafdakılar atasının nəzarətsiz qoyduğu uşağa fikir verməmişdilər. Və belə olduğu halda, yəni hamının gözü qarşısında baş vermiş bir fakt öz şəhərimizdə, cəmi 200-300 m aralıdakı bir məktəbdə elə özümüz tərəfindən artıq real, müdhiş bir faciə kimi təqdim edilirdisə, onda Sumqayıtın doğum evlərində yeni doğulan erməni uşaqları ilə bağlı daşnakların yalandan bütün dünyaya yaydıqları, ağlasığmaz, tükürpədici xəbərlərin də necə, həm də əsassız olaraq uydurulduğu aydın olur.

Respublika radiosundan mənim səhər eşitdiyim, dünya ictimaiyyətinin isə 
yüzlərlə ermənipərəst radio və televiziya kanallarından aldığı sarsıdıcı xəbər 


Fevralın 28-də səhər tezdən respulika radiosundan eşitdiyim xəbərə inana bilmirdim – doğrudanmı gecə 26 nəfərin ölümü ilə nəticələnən ixtişaşlar, qanlı hadisələr baş vermişdi? Axı, necə ola bilərdi ki, bizim sumqayıtlı cavanlarımız bu cür hərəkətlərə yol verməli olmuşdular? Özü də beynəlmiləlçiliyi ilə bütün SSRİ-də rəğbət doğuran, yaxşı adla tanınan bir şəhərdə - Sumqayıtda. Bunun özülündə hansı faktorların, hansı qüvvələrin, hətta hansı ermənipərəst ölkələrin dayandığını mənim sumqayıtlı dostlarım - respublikamızın görkəmli rejissoru, həyatdan vaxtsız getmiş Davud İmanov və Azərbaycanın Əməkdar jurnalisti Eyruz Məmmədov gərgin jurnalist axtarış və araşdırmaları, ağır zəhmətləri sayəsində yaratdıqları iki seriyalı “Sumqayıtın əks-sədası” filmində və bu ağrılı mövzuya həsr olunmuş bir-çox analitik xarakterli, fundamental əsərlərdə yüksək peşəkarlıqla, müstəntiq-prokuror araşdırmaları səviyyəsində göstərdiklərindən bu barədə geniş yazmaq, sənədli kinokadrlarda əksini tapmış acı, məlum həqiqətləri təkrar etmək fikrində deyiləm. (Çox acı təəssüf doğurur ki, bütün təkzibedilməz sübutlara, evləri dağıdılıb, talan edilmiş, yandırılmış ermənilərin, zorlanmış erməni qadınların üzləşmə zamanı bütün bunları Edik Qriqoryanın özü tərəfindən və onun başçılığı ilə törədildiyini təsdiq etmələrinə baxmayaraq, daşnak-faşist Ermənistanı sonradan onu Moskvanın əli ilə Azərbaycandan alıb, Rusiyanın hüquq-mühafizə orqanlarına veilməsinə, daha sonra isə o təxribatçı, qəddar caninin azad edilməsinə nail olmuşdu...) 


Onların topladıqları saysız-hesabsız inkaredilməz faktlarla təsdiq olunduğu, sumqayıtlı ermənilərin özlərinin də etiraf etdikləri kimi, Sumqayıtda törədilmiş həmin hadisələr “Krunk“ və digər erməni terrorist təşkilatlarının plan və ssenariləri əsasında, mənfur “Daşnaksutyun” partiyasının ümumi komandanlığı ilə təşkil edilmişdi. Və yəqin çox az adam bilir ki, heç zaman ayrıca dövləti mövcud olmamış ermənilər “dənizdən dənizə” xülyası ilə özlərinin bu bədnam “Daşnaksutyun”  partiyasını hələ 1890-cı ildə - Leninin məşhur bolşeviklər partiyasından da xeyli - 13 il əvvəl (!..) yaratmışdılar. Təbliğat və silahlı mübarizəni əsas iş metodu kimi planlaşdıran həmin partiya (vikipediyada bu gün də qeyd olunduğu kimi) öz proqramında terrorizmi özlərinin “müstəqillik” uğrunda mübarizələrinin əsas, mühüm vasitəsi kimi göstərmişdi. 1921-ci ilin martında Almaniyada türk generalı Tələt Paşa, həmin ilin dekabrında Romada Türkiyənin o vaxtkı Baş naziri Səid Həlim paşa, sonrakı illərdə isə generallar Şakir paşa, Camal paşa və dıgərləri məhz daşnak agentləri-terroristləri tərəfindən qətlə yetirilmişdilər.


“Krunk” və “Daşnaksutyun”un, digər terrorist erməni təşkilatlarının iştirakı ilə törədilmiş Sumqayıt hadisələrinə qayıdaraq isə mən diqqəti yalnız bir-neçə mühüm məqama yönəltmək istəyirəm. Ən birinci məqam – müxtəlif illərdə Sumqayıtda vəzifə başında olan bəzi azərbaycanlı qeyrətsizlərin aldıqları rüşvət və erməni xanımlarının “bir gecəlik qadın qonaqlığı” və ya həmişəlik “ehtiraslı qadın bəxşişləri” müqabilində ermənilər üçün şəhərdə ən yaxşı, mühüm yerlərdə vəzifə tutmaları üçün şərait yaratmaları, bununla da bir-çox hallarda  azərbaycanlılarımızın öz torpağımızda ermənilərin əlinin altında işləmələrinə səbəb olmaları. Bir-neçə faktı göstərmək kifayətdir. Şəhərin Uşaq xəstəxanasının infeksiya şöbəsinin müdiri Artyom Mamikonov (uzun illər şəhərimizin Baş pediatrı olmuş Əməkdar həkim Xalidə Quliyeva onu hələ 70-ci illərdən üzünəcə “daşnak” deyib çağırırdı, o da cavabsız qalmayıb Xalidə xanımı guya zarafatla “musavatistka” - “müsavatçı” adlandırırdı), idmançılarımızın sağlamlığına cavabdeh olan “Fizdispanser”in baş həkimi Vladimir Avakyan, şəhərin mədəniyyət şöbəsinin müdiri Tamara “Qasanovna”, ən iri müəssisələrdən olan Sintetik kauçuk zavodunun baş mühəndisi A.Qalustyan, Boruyayma zavodunun ən gəlirli vəzifəsi olan kommersiya üzrə direktor müavini Robert Ambarsumov, oranın təchizat şöbəsinin (Mişa Ayrapetov), mərkəzi kimya laboratoriyasının (Oktyabrina İvanovna Sarkisova – həmişə “modnı“ geyinib, bütün zavod qadınlarından seçilər, özünü lovğa görkəmlə, “xozeyin” kimi aparardı, hamı ondan çəkinər, heç kəs yaxın düşməyə, ona nəsə deməyə cəsarət etməzdi), mərkəzi avtomatlaşdırma və mexanikləşdirmə laboratoriyasının (Qeorqi Osipov) müdirləri, müəssisənin baş kassiri (70 yaşlı ifritə, qoca kaftar, eybəcər ombasını darta-darta, ördək kimi yanlara basa-basa, axsayaraq güclə yeriyən Emma Qriqoryevna!), marten sexinin plan şöbəsinin rəisi (Suren Mursaelyan), hətta şəhər partiya komitəsinin gəlib-gedənə şəxsi və “ümumerməni” maraqları ilə “ciddi” nəzarət edən (özü də yalnız gündüzlər, “əsas məsələlərin” həll olunduğu vaxtlar) “çox hörmətli” milis-gözətçisi – əndrəbadi görkəmi ilə “qorkom”a heç yaraşmayan Edik də erməni idi (guya o böyüklükdə şəhərdə bu işə yarayan heç bir azərbaycanlı, hətta rus da yox imiş).


Haqqında bir qədər əvvəl danışdığım, gözəl və işvəli-nazlı, "ətli-canlı" erməni xanımlarının işlədiyi “Sputnik” mağazasından başqa şəhərin digər mağazalarının satıcılarının, “PUBON” kimi tanınan Əhaliyə məişət xidməti Kombinatının mərkəzi bazarın yaxınlığındakı Fərdi tikiş sexinin işçilərinin də 80-90 faizi ermənilər idi və onlar hər “vasitə” ilə aralarında azərbaycanlıların, hətta rusların belə işləməsinə imkan vermirdilər.

Erməni ixtişaşçılarının Sumqayıtda soyuq silah kimi işlətdikləri “nizə”lərin 
Boruyayma zavodunda düzəldilib, oradan çıxarılması necə mümkün olmuşdu? 


Bunu nə ilə izah etmək olardı ki, şəhərdə “BTZ” kimi tanınan Azərbaycan Boru-prokat zavodunun bir vaxt külli miqdarda yeyinti-dağıntıya, dövlət malını mənimsəməyə, daha dəqiqi – oğurluğa görə ötən əsrin 70-ci illərində 5 ildən 10 ilədək həbs cəzası verilmiş kommersiya üzrə direktor müavini Robert Ambarsumov, təchizat şöbəsinin müdiri Mişa Ayrapetov (o, birbaşa R.Ambarsumovun tabeliyində idi və müəssisəyə daxil olan bütün texniki, qeyri-texniki materiallar onun sərəncamında idi, onları sexlərə elə-belə, özünün ayrıca payı, “şirinliyi” olmadan buraxmırdı) və onların digər oğru erməni həmkarları bir-neçə aydan sonra bəraət (?) alaraq azadlığa buraxılmış, hətta onlara... işləmədikləri, həbsdə olduqları ayların maaşları da verilmişdi.


Bütün yaramaz vücudu ilə insanlığın ən pis karikaturası olan – yöndəmsiz şəkildə kök, gözü və çənəsi formasını itirərək çəpləşmiş, sir-sifətindən daim zəhrimar yağan, 11-12 kassirindən cəmi bir nəfəri rus, biri isə azərbaycanlı olan, sex və idarələrə maaş paylanan zaman 10 minə yaxın işçinin hər birinin “səxavət” göstərərək verdiyi və ya götürmədiyi “qalıq pulun” hesabına hər ay 20-25 min manat qazanan (bir ayda əldə edilən o məbləğdə pula Sumqayıtda ən azı 4-5 mənzil almaq olardı. Yəqin onu azərbaycanlı “yeznə”ləri olan direktorla, onun erməni müavini ilə  bölüşürdü) 70 yaşlı iyrənc Emma Qriqoryevna (familiyası yadımda deyil), görəsən, hansı məziyyətləri və ya “gözəlliyi” ilə arvadı erməni olan o zamankı direktor Baba Əhmədov üçün orta və ya ali təhsilli Azərbaycan xanımlarından üstün və “əvəzedilməz” idi? Məhz Baba Əhmədov  “əziz-xələf” erməni qohum-əqrəbasını, eləcə də qoca kaftar Emmanı – kassirlərin böyüyünü öz başına yığmışdı. (Onun ermənidən olan lovğa, yekəxana oğlu Elxan Əhmədov 90-cı illərdə - Qarabağ uğrunda çarpışmaların getdiyi ağır bir dövrdə “Azərikimya” Dövlət Şirkətinə necəsə yol tapmış, əvvəlcə Superfosfat, sonralar isə strateji cəhətdən çox əhəmiyyətli olan “Sintezkauçuk” zavoduna direktor təyin edilmişdi). Hələ əlvan metaltökmə sexinin adicə fəhləsi olan, “uçenik” kimi ona təhkim edilən azərbaycanlı uşaqlar sonradan onun “çörəyinə” bais olmasınlar, əməllərini bilməsinlər deyə «bacarıqsızdırıar, tənbəldirlər” bəhanəsi ilə qəsdən özündən, yüksək maaşlı işdən uzaqlaşdıran V.Vartazaryan nədən elə etibar və ixtiyar sahibi olmuşdu ki, bütün sexlərdən hər ay ona ərinti üçün təhvil verilən tonlarla bürünc hissələri, tullantıları külçəyə çevirdikdən sonra ən azı üçdə birini zavoddan çıxan yük qatarları vasitəsilə gizli yolla Ermənistana göndərirdi (bunu çox sonralar bilmişdim)? Çox qiymətli olan həmin bürünc külçələrdən isə erməni dığalarına bütün Türk dünyasının ən qəddar düşmənləri olmuş Andranikə, Şaumyana, Mikoyana və başqa “yan”lara yəqin ki Yerevanda heykəllər də ucaldılmışdı.


...1978-ci ildə - həmin zavodda işlədiyim vaxt (mən onda mühəndis-konstruktor idim) bizim prokat sexindən də Vartazaryana iri bir bürünc korpus göndərilmişdi. Bürüncü ona təhvil verən fəhlənin - Xanbala kişinin mənə gətirdiyi qəbzə baxanda bərk hirsləndim. O hiyləgər erməni qəbzdə göstərmişdi ki, guya təhvil götürdüyü bürünc cəmi 285 kq olub. Bilirdim ki, həmin korpusun çəkisi xeyli çox idi. Xanbala kişini də götürüb, getdim o alçağın işlədiyi metaltökmə sexinə. And-aman elədi ki, çəki düzdür, əskiklik yoxdur. “İnanmırsızsa, özünüz çəkin” dedi. Çəkdim, doğrudan da, tərəzi 285-i göstərirdi.


- Görürsünüz, mən sizi aldatmıram. Tərəzini də zavod təzə alıb, qramına qədər dəqiq göstərir, - deyə dələduzluq etmədiyini bildirdi.


Tərəzinin o tərəf-bu tərəfinə baxıb, heç bir əyinti görmədim, ancaq yenə də şübhəm qalırdı. Doğrudanmı erməni mənə qalib gəlməli idi? Axı, mən konstruktor kimi çertyoj əsasında həmin korpusun çəkisinin nə qədər olduğunu yaxşı bilirdim. Birdən ağlıma bir şey gəldi. Xanbala kişidən tərəziyə qalxmağı, bürünc korpusla yanaşı dayanmağı xahiş etdim. Tərəzinin “eyninə” də olmadı – yenə də 285 kq-ı göstərirdi. Hirslə Vartazaryana baxdım: “neyləmisən bu tərəziyə? Yoxsa tərəzidəki adamın heç bir kiloqram da çəkisi yoxdur?”. O alçaq isə özünün “sekret”inə arxayınlıqla çiyinlərini çəkdi – “bilmirəm niyə belədir”. Bir müddət tərəzinin o tərəf – bu tərəfinə əl gəzdirib, birdən düymələrin birini sıxdım. Tərəzi o andaca 540 kq-ı göstərdi (fəhlə tərəzidən düşmüşdü). Erməni it oğlu nə edəcəyini bilmədi. Məndən 20-25 yaş böyük olan o məluna bərk hirslənərək, nifrətlə sözümü deyib acılayaraq, idarə binasına qayıtdım. Lakin zavod rəhbərliyinə və patkoma bu haqda verdiyim məlumata baxmayaraq, çox təəssüf ki, rəhbərlik o yaramazı “əvəzsiz işçi” hesab edərək, sadəcə xəbərdarlıqla kifayətləndi. Cinayət üstündə tutulmuş bu erməni də beləcə cəzasız qaldı... Ancaq belə bir şey İ.Stalinin vaxtında baş versəydi, yəqin ki, yerindəcə gəbərdərdilər.


Əlbəttə ki, sevimli erməni arvadına görə büsbütün daşnaklara satılmış zavod direktoru Baba Əhmədovun sayəsində (məhz onun dövründə özünün dost-tanışı, qohumları olan ermənilər zavodun mühüm postlarını əllərinə keçirə bilmişdilər) fəhləsindən tutmuş direktor müavininə kimi erməni bandasının kök saldığı, keçid-buraxılış məntəqələrinin isə formal mühafizə olunduğu, bəzən də başlı-başına buraxıldığı, bütün hallarda isə ambarsumovların hökmünün böyük rol oynadığı bir müəssisədə istənilən miqdarda ucu şiş nizələr, xəncər-bıçaq da hazırlamaq, onları zavoddan çıxarmaq da heç bir çətinlık törətməzdi, necə də ki həqiqətdə mümkün olmuşdu.


Təsadüfi deyildi ki, Sumqayıt hadisələrinin əsas təşkilatçılarından olan Edik Qriqoryan da məhz həmin zavodun boruyayma sexində işləyirdi və onun üçün sonralar “üsyan” vaxtı işlətdikləri ucu şiş nizələri və digər soyuq silahları zavoddan çıxartmaq heç də çətin bir iş deyildi.


***


Çox illərdən sonra bütün bu faktları analiz edərək, ermənilərlə razılaşmamaq olmur: Sumqayıt hadisələrini onlar yox, biz törətmişik – var-dövlət düşkünü olan bəzi rüşvətxor, vətəninə, xalqına nankorluq və xəyanət edərək, işvəli-nazlı erməni xanımlarının hər əmrinə müntəzir quluna çevrilməklə özləri də “bilmədən” uydurma “böyük Ermənistan” maraqlarına xidmət edən bir para vəzifə sahiblərimizin yaxından köməkliyi, yardımı ilə, məsuliyyətsizliyi ilə.

Bəli, deyəsən axı, ermənilər həqiqətən “haqlıdırlar”?!.

 

Rəhman ORXAN,

Respublikann Əməkdar jurnalisti

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır