Modern.az

Türkiyədə günlük yoluxma və ölüm sayında REKORD

Türkiyədə günlük yoluxma və ölüm sayında REKORD

Aktual

7 Aprel 2021, 23:20

Türkiyədə koronavirusa (COVİD-19) sutkalıq yoluxma növbəti dəfə rekord həddə çatıb.

 

Modern.az xəbər verir ki, ölkədə bir gündə 54 740 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

 

Bu infeksiyadan 276 nəfər həyatını itirməklə, sutkalıq ölüm sayı da rekord həddə çatıb.

 

Hazırda 2604 xəstənin vəziyyəti ağırdır. Ümumilikdə koronavirusdan ölənlərin sayı 32 943 nəfər təşkil edir.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü