Modern.az

Ölkə üzrə aprel ayının pensiyaları tam ÖDƏNİLDİ

Ölkə üzrə aprel ayının pensiyaları tam ÖDƏNİLDİ

Aktual

15 Aprel 2021, 09:53

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki  Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən aprel ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb.

Fonddan Modern.az-a verilən məlumata görə, aprelin 8-dən başlayaraq  əvvəlcə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, aprelin 15-də isə bölgələr üzrə, eləcə də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları ödənilib.

Vətəndaşlar pensiyalarını kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi