Arxiv
1 May 2021, 16:24 | MƏDƏNİYYƏT
Dostumuzu itirdik - Elxan Şahinoğlu səfirdən YAZDI

Təxminən 7 il əvvəl idi, Praqada konfransda iştirak edən həmkarlarımdan biri mənə zəng edərək bunu dedi: “Elxan, Praqada bir diplomatla tanış oldum, yaxınlarda ölkəsinin Azərbaycandakı səfirliyində müşavir vəzifəsində çalışacaq, Bakıya gəldikdə müxtəlif ekspertlə görüşmək istəyir. Sənin ismini verdim”.


Siyasi ekspert üçün müxtəlif diplomatlarla görüşüb fikir mübadiləsi aparmaq adi haldır, biz öz ölkəmizin mövqeyini onların diqqətinə çatdırır, onlar da ölkələrinin regional siyasətlərini izah edirlər. Bu fəaliyyətimizin istiqamətlərindən biridir. Çexiyadan gələn diplomatın ismi Petr Vaqner idi. Mənə zəng etdi və səfirlikdə görüşdük.


İlk gündən dostlaşdıq. Məlum oldu ki, Petr həm də tarixçidir və onun müxtəlif mövzularda xeyli tədqiqatları var. Petr Bakıya gəldiyi ilk gündən Azərbaycan-Çexiya münasibətlərinin tarixini tədqiq etməyə başladı. Hər dəfə Petrlə görüşəndə mənə arxivlərdən tapdığı tarixi sənəd və fotoları göstərirdi. Petr fürsət tapan kimi Bakının və Praqanın arxivlərində çalışırdı. Petr arxivlərdən elə maraqlı faktlar əldə edirdi ki, bunu mənimlə paylaşanda uşaq kimi sevinirdi. Petr o qədər arxiv materialı toplamışdı ki, Çexiya-Azərbaycan münasibətlərinin tarixinə dair kitab üzərində çalışmalara başlamağa qərar vermişdi.


Petrlə məni başqa mövzular da birləşdirirdi: Ukrayna və Qarabağ. Petr Ukraynada çalışdığından ordakı hadisələri diqqətlə izləyirdi. Mən də o illərdə tez-tez Ukraynaya gedir və bu ölkədəki prosesləri təhlil edirdim. Ukraynadakı hadisələr barədə yazdığım ilk kitabımı da Petrə hədiyyə etmişdim. Qarabağ ətrafındakı proseslər də Petri maraqlandırırdı. Petr birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirdi.

Petr xanımı ilə Azərbaycanın bütün dilbər güşələrini gəzmişdi. O, Azərbaycanın təbiətinə heyran idi. İdmanla məşğul olan Petr Xəzər dənizi sahilində velosiped sürməyi xoşlayırdı.


Petrin Azərbaycanda dostları çox idi. O, Bakıda 60 illik yubileyini keçirəndə onlarla azərbaycanlı dostu onun ətrafına toplaşmışdı. Yubileyində hər peşədən insanlar var idi. Bu Petrin peşəkar tarixçi olmaqla yanaşı mahir diplomat olmasından da xəbər verirdi. Çünki bu illər ərzində iki cür diplomatlar gördüm. Bir qrup diplomat çalışdığı ölkədə aldığı maaşının müqabilində işini görür və ölkəsinə hesabatlar göndərir. İkinci qrup diplomatlar isə çalışdığı ölkəni dərindən tədqiq edir və çalışdığı ölkədə dostlarının sayını artırmağa çalışır. Petr ikincilərdən idi.

Petr bir dəfə mənə zəng edərək Çexiya səfirliyinin rəhbəri olduğum “Atlas” Araşdırmalar Mərkəzi ilə birgə toplantısını keçirməyə təklif etdi. Mövzunu birgə seçdik: “GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) və Vışeqrad Qrupu (Çexiya, Slovakiya, Macarıstan və Polşa) arasında əməkdaşlıq imkanları”.

Yerli və xarici ekspertlərin iştirakıyla maraqlı tədbir keçirdik. Petr sözün yaxşı mənasında dinc dayanmır, Çexiya səfirliyində maraqlı mövzularla bağlı ekspertlərin iştirakıyla başqa tədbirlər keçirirdi. Bunlardan biri də Praqada 1968-ci ildə inqilabi proseslərin 50 illiyi ilə bağlı idi. Bir dəfə də eşitdi ki, çalışdığım Universitetdə təhlil mərkəzi açmışam. Petr mənə zəng edib fəal tələbələrimlə görüşmək istədi. Görüşdük, fikir mübadiləsi apardıq. Tələbələrim Petrin maraqlı söhbətinə, suallara verdiyi cavablara heyran qalmışdılar.


Vaxt gəldi və Petrin Azərbaycandakı fəaliyyətinin bitmə zamanı gəldi. Sağollaşdıq. Ancaq Petr nadir diplomatlardan idi ki, gedəndən sonra əlaqəni kəsmədi. Petr Praqada siyasi dərgi buraxırdı və məndən dərgisi üçün tez-tez yazı istəyirdi. Qarabağda müharibə başladıqda Azərbaycanın hadisələrə baxışını əks etdirən yazı istədi məndən. Bu mənim Petrlə sonuncu ünsiyyətim oldu. Petrin sonuncu e-maili məni xeyli kədərləndirdi: “Elxan ağır xəstələnmişəm, ola bilsin ki, bu mənim sənə sonuncu məktubumdur”.

Daha sonra Petrin ölüm xəbərini aldım.


Petrin simasında əziz dostumu və müəllimimi itirdim. Petr Çexiya-Azərbaycan dostluğu üçün xeyli iş gördü və mən bunu heç zaman unutmayacam. Petrin əziz xatirəsi mənim qəlbimdə əbədi yaşayacaq!



Elxan Şahinoğlu,
siyasi analitik

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Taliban" Moskvada iqtisadi və siyasi dəstək istəyəcək 20 Oktyabr 2021, 00:55 Sabirabadda ev yandı 20 Oktyabr 2021, 00:23 Sabiq konsul Elnur Əşrəfoğludan YAZDI 20 Oktyabr 2021, 00:23 XİN-dən Zəngilanla bağlı PAYLAŞIM 20 Oktyabr 2021, 00:19 Zəngilanın işğaldan azad edilməsindən 1 İL ÖTÜR 20 Oktyabr 2021, 00:06 Türkiyədə daha 223 nəfər COVID-in qurbanı oldu 19 Oktyabr 2021, 23:53 Paşinyan Qarabağ məsələsindən yaxa qurtarmaq istəyir - TƏHLİL 19 Oktyabr 2021, 23:31 Bir ailə göbələkdən zəhərləndi: Ölən var 19 Oktyabr 2021, 23:29 Münhen aeroportunda 1,2 ton narkotik müsadirə edildi 19 Oktyabr 2021, 23:00 Koronavirusdan vəfat edən Elnur Əşrəfoğlu kim idi? - DOSYE 19 Oktyabr 2021, 22:52 Afrikada güc mübarizəsi: Türkiyənin mövqeyi 19 Oktyabr 2021, 22:35 Fuad Qəhrəmanlının qızına təcavüzdə ittiham edilən şəxs saxlanılıb 19 Oktyabr 2021, 22:14 ABŞ-da təyyarə qəzası: Yaralılar var 19 Oktyabr 2021, 21:50 Konqoda yük maşını çaya düşdü: 50 ölü 19 Oktyabr 2021, 21:35 BMT KXDR-in raket sınağından narahatdır 19 Oktyabr 2021, 21:21 NATO rəsmisi Gürcüstanın vasitəçilik rolundan danışdı 19 Oktyabr 2021, 20:56 Telman İsmayılovla bağlı materiallar Monteneqroya verildi 19 Oktyabr 2021, 20:51 28 may qeyri-iş, 18 oktyabr iş günü olacaq 19 Oktyabr 2021, 20:34 “Xiaomi” elektromobillərin kütləvi istehsalına başlayır 19 Oktyabr 2021, 20:20 Türk Şurasından Afrika ölkələrinə peyvənd YARDIMI 19 Oktyabr 2021, 19:50 Nazir beynəlxalq konfransda Zəngəzur dəhlizindən danışdı 19 Oktyabr 2021, 19:42 Gülağa Aslanlının ürəyinə stent qoyuldu 19 Oktyabr 2021, 19:33 Azərbaycan daha 5 hərbçini Ermənistana QAYTARDI 19 Oktyabr 2021, 19:28 Elnur Əşrəfoğlu VƏFAT ETDİ 19 Oktyabr 2021, 19:11 Prezident Xorvatiyanın xarici işlər nazirini qəbul etdi 19 Oktyabr 2021, 19:06 Erməniləri təşvişə salan hərbi hissə - VİDEO 19 Oktyabr 2021, 19:00 Daha bir məktəb distant tədrisə keçdi 19 Oktyabr 2021, 18:56 İlham Əliyev Ərdoğana başsağlığı verdi 19 Oktyabr 2021, 18:50 Koronavirusun yeni ştammı aşkarlandı 19 Oktyabr 2021, 18:43 Azərbaycanın xarici siyasətinin başlıca prinsipi müstəqillikdir 19 Oktyabr 2021, 18:36 Universitetdə “Özbək dili günü” - FOTOLAR 19 Oktyabr 2021, 18:30 Prokurorluq həkimlə bağlı araşdırmalara BAŞLADI 19 Oktyabr 2021, 18:23 Dolların məzənnəsi sabit qaldı 19 Oktyabr 2021, 18:16 Azyaşlı sığınacağa yerləşdirildi - SƏBƏB  19 Oktyabr 2021, 18:10 Əli Əsədov slovakiyalı nazirlə GÖRÜŞDÜ 19 Oktyabr 2021, 18:05