Modern.az

Bütün aviaşirkətlər İsrailə uçuşları dayandırdı  

Bütün aviaşirkətlər İsrailə uçuşları dayandırdı  

15 May 2021, 21:24

Bütün xarici aviaşirkətlər təhlükəsizlik səbəbi ilə İsrailə uçuşları dayandırıb.

 

Modern.az xəbər verir ki, bu barədə İsrailin "Kan" dövlət radiostansiyası məlumat yayıb.

 

Məlumata əsasən, aviaşirkətlər Qəzza zolağından davam edən raket hücumlarını nəzərə alaraq təhlükəsizlik səbəbi ilə uçuşları dayandırıblar.

 

Bildirilir ki, İsrailə ən son uçuşları Birləşmiş Ərəb Əmirliklərinə məxsus aviaşirkətlər dayandırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!