Arxiv
16 May 2021, 09:36 | ƏDƏBİYYAT
“İdikut” əsərinin yazarına Azərbaycandan MƏKTUB

Sayın Əhmədcan Əşiri əfəndi!

Odlar yurdu Azərbaycandan Sizə Zəfər müjdəli salamlar olsun!

Min doqquz yüz əlli altıncı ildən bu yana ədəbiyyat-sənət yollarında cəfakeşliklə çalışmaqla Türk dünyası ədəbi mühitində özünüzəməxsus yolunuz və xidmətləriniz vardır.

Səksən üç il yaşamaq, on səkkiz yaşından qələmli mücadilə aparmaq, milli düşüncə və təfəkkürün inkişafına xidmət etmək, amal və əqidəyə qovuşmaq yolunda hər bir cəfaya qatlaşmaq, istər tarixi, istərsə bədii əsəsrlər ərsəyə gətirmək o qədər də asan deyildir.

Bütün bunlar yuxusuz gecələrin, gərgin əməyin, qətiyyətliliyin, qan yaddaşı saflığının, səmərəli araşdırmaların məntiqi nəticəsidir.

Sizin yaradıcılığınızla tanışlığım “İdukut” kitabınızı (552 səhifəlik, Bakı, “Zərdabi”-2020) oxuduqdan sonra başladı.

Həqiqəti söyləyim ki, bu tarixi roman məni özümdən asılı olmayaraq o dövrlərə apardı. Əsəriniz məni sanki həmin döyüşlərin, hadisələrin, qanları axıdılan insanların naləsi, fəryadının tanığı etdi.

Romanda təsvir etdiyiniz “Uyğur dövlətinin mübarək və qəhrəman hökmdarı  Bavurcuk Art Təkin hündür, cüssəli, güclü, dikburunlu, bığları və saqqalı qapqara, yaraşıqlı biri... fateh Cingiz xanın hər bir sınağına və hiyləsinə səbrlə, mətanətlə dözən, onun qarşısında qürurunu qoruyan, ağlı və fiziki gücü ilə insanı heyrətə salan İdukut hökmdarının yanında hiss etdim özümü.

Bu, Sizin qələminizin qüdrəti, zəkanızın itiliyi və hadisələrə tarixi gerçəklikdən yanaşmanızın hesabına yarandı.

Tanrıqut  Bavurcuk, Art Təkin özündən öncəki Oğuz xan, Pan Təkin, Buka Təkin, İrdimin xan, Aslan xan, Bilgə Təkin kimi qəhrəman və qurucu şəxslərin ruhlarına ehsan verir, onların yaddan çıxmamaları üçün törənlər keçirməklə bir daha necə qüdrətli şəxsiyyət olmasını təsdiqləyirdi. Aprinçur Təkin, Göl Tərkan, Sinku Salı Tutunq, Kalimə Kayşı, Firat Yaşri, Kıy Aşıq Tutunq, Ciysuya Tutunq kimi ədiblərin əsərlərinə verdiyi əvəzsiz qiymət və dəyər tarix üçün örnək olmuşdur.

 

Sayın Əhmədcan əfəndi,

məqsədim mükəmməl tarixi faktlarla zəngin, yüksək sənnətkarlıq, peşəkarlıqla qələmə alınmış “İdikut” romanının sənətkarlıq və tarixi baxımdan nə qədər dəyərli olmasını araşdırmaq deyil. Bu, dərin elmi tədqiqiqatın mövzusudur. Məqsədim sadə Azərbaycan oxucusu olaraq, dəyərli bilgilərlə zəngin əsərinizin uyğur türklərinin şanlı keçmişi ilə yaxından tanış olmağımıza gözəl bir vəsilə olduğunu qeyd etməkdir.

 

Kitab “Təqdim”, “Önsöz” və qırx iki başlıqdan ibarətdir. Hər bir başlıqda cərəyan edən hadisələr oxucunu öz arxasınca aparır, həmin zaman və məkanın iştirakçısına çevririr; sanki özün də bilmədən o qəhrəmanlarla çiyin-çiyinə olursan. Sayın Canseyit Tüymebayev əfəndimizin “Qardaş Uyğur dövlətçiliyinin, uyğur xalqının həyatını anladan, günümüzə ibrət olacaq tarixi olayları açan romanın, Azərbaycan oxucusunun da ilgisini çəkəcəyindən əminəm. Könül birliyi – tanıtmaqdan keçər” fikri ilə könüldən razıyam. Belə əsərlər Türk dünyamızın birliyinə və qalxınmasına layiqli töhfədir. Qəlbimdən keçənləri, fikrimi Dos.Dr. Təranə Turan Rəhimlinin “Önsöz”dəki fikirləri ilə tamamlamaq istərdim: “İdikut romanı ulu türkün – adını daş kitabələrə, tarixi səlnamələrə, dastanlara yazmış, əsrlərin hafizəsinə köçürülmüş ulu bir millətin tarix meydanındakı heykəli kimi qürur hissi doğurur”.

 

Ümidvaram ki, tək Azərbaycanda deyil, bütün Türk dünyasında özünə və yazarına rəğbət qazandıran “İdikut” romanı daim oxucusuna yol göstərən mayak olacaq.

 

Sağ olun! Yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

Tanrı Türkü qorusun!

 

İsmayıl Həkimov (Padaroğlu)

 

Azərbaycan, 20.04.2021

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şamaxıda zəlzələ oldu 21 İyun 2021, 00:59 Simonyanın uşaqları türkləri öldürməyə çağırdı - VİDEO 21 İyun 2021, 00:52 Bakıda piyadanı maşın vurub öldürdü 21 İyun 2021, 00:41 Köçəryanın bloku İrəvanda liderlik edir 21 İyun 2021, 00:27 Ermənistanda seçki pozuntuları barədə prokurorluqdan açıqlama 21 İyun 2021, 00:20 Zuber Bakıda Altıntopun rekordunu yenilədi 21 İyun 2021, 00:06 17 yaşlı qız məzun gecəsində bıçaqlandı 20 İyun 2021, 23:53 Batmaqda olan 11 nəfər xilas edildi 20 İyun 2021, 23:42 Ermənistanda seçkilərin ilkin nəticələri AÇIQLANDI 20 İyun 2021, 23:27 Türkiyədə daha 63 nəfər virusdan öldü 20 İyun 2021, 23:13 Formula 1 üzrə Fransa Qran Prisinin qalibi müəyyənləşdi 20 İyun 2021, 22:59 Paşinyanın partiyası liderlik edir - YENİLƏNİB 20 İyun 2021, 22:46 ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır 20 İyun 2021, 22:39 Şenol Günəşi istefaya çağırdılar 20 İyun 2021, 22:26 Teymur Rəcəbov səkkizinci oldu 20 İyun 2021, 22:10 Türkiyə millisi yenə uduzdu 20 İyun 2021, 21:55 Azərbaycan millisi Avropa çempionu oldu 20 İyun 2021, 21:48 Gəncədə piyadanı maşın vurdu 20 İyun 2021, 21:37 Bakıda yol qəzası - xəsarət alanlar var 20 İyun 2021, 21:21 Cüdoçularımız Avropa kubokunda 3 medal qazandı 20 İyun 2021, 21:04 "Ermənistan qonşularına ərazi iddialarını dayandırmalıdır" - Çavuşoğlu 20 İyun 2021, 20:50 Van Damm Azərbaycan milli rəqsini oynamağı öyrənir – VİDEO 20 İyun 2021, 20:34 Ermənistanda səsvermə başa çatıb 20 İyun 2021, 20:20 İsraildə Ermənistan əleyhinə aksiya keçirildi - FOTO 20 İyun 2021, 20:13 Bakıda Türkiyə-İsveçrə matçı başladı 20 İyun 2021, 20:01 Dövlət qulluğu və doktoranturaya bugünkü qəbul imtahanları başa çatdı 20 İyun 2021, 18:08 Kənd müəllimindən unikal addım - Təhsilsiz valideynlərə dərs keçəcək 20 İyun 2021, 17:58 FİFA prezidenti Bakıya gəlir 20 İyun 2021, 17:44 Tovuzda qəza: iki minik avtomobili toqquşdu 20 İyun 2021, 17:30 İranda təyyarə qəzası: ölənlər var 20 İyun 2021, 17:19 Bakıda mağaza yandı 20 İyun 2021, 17:08 XİN rəhbərindən sərhəd məsələsinin üçün YENİ TƏKLİF 20 İyun 2021, 16:59 Bakıdakı toz dumanı normadan beş dəfə çox artdı 20 İyun 2021, 16:51 Ceyhun Bayramov Şuşa Bəyannaməsindən danışdı: "Uzun illər danışılacaq" 20 İyun 2021, 16:43 Vaksinasiyadan keçənlərin bu günkü statistikası 20 İyun 2021, 16:30
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?