Modern.az

Kremldən Paşinyanın hərbi yardım istəyinə CAVAB

Kremldən Paşinyanın hərbi yardım istəyinə CAVAB

17 May 2021, 13:50

Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Ermənistanın Rusiyadan hərbi yardımla bağlı çağırışına cavab verib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın Putinə yazdığı məktuba rəsmi münasibət bildirib.

“Məktubun çatdığına əmin deyiləm, amma bütün bu məsələlər müzakirə olunub. Rusiya həm Bakı, həm də Yerevanla daimi əlaqədədir, vəziyyətin stabilləşdirilməsi üçün addımlar atılır. Putin üçtərəfli razılaşmanın bəndlərinin qeyd-şərtsiz icra olunmasının tərəfdarıdır”- deyə Peskov söyləyib.

 

Xatırladaq ki, Paşinyan Rusiyadan Azərbaycanla ərazi mübahisəsi fonunda yardım istəyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı