Modern.az

“Türkiyədə universitetlərə qəbulda dəyişiklik olacaq” - Nazir

“Türkiyədə universitetlərə qəbulda dəyişiklik olacaq” - Nazir

Aktual

2 Oktyabr 2012, 10:06

Türkiyədə universitetlərə qəbul sistemində dəyişiklik olacaq. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, bu haqda Türkiyənin təhsil naziri Ömər Dinçər məlumat verib. Onun sözlərinə görə, ildə bir dəfə keçirilən qəbul imtahanı cəmiyyətdə böyük bir həyəcana səbəb olur.

  Təhsil naziri bildirib ki, bu cür gərginlik yaradan imtahandan canlarını qurtarmalıdırlar. “Universitetə qəbul imtahanı ildə bir dəfədən çox təşkil edərək, uşaqlarımızın gələcəyini bir imtahana bağlamamalıyıq. Beynəlxalq imtahan olan TOEFL kimi universitetə qəbul imtahanı ildə bir neçə dəfə təşkil olunmalı, abituriyent özünü nə vaxt hazır hiss etsə, o zaman imtahan verməli və hansı imtahanın nəticəsindən razı qalırsa, o balla da universitetə daxil olmalıdır. Biz bunu edəcəyik”, – deyə Ömər Dinçər bildirib.

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!