Modern.az

Türkiyədə 107 yanğından 98-i söndürülüb  

Türkiyədə 107 yanğından 98-i söndürülüb  

1 Avqust 2021, 09:12

Son beş gün ərzində Türkiyədə qeydə alınan 107 yanğından 98-i söndürülüb. Doqquz yanğının söndürülməsi istiqamətində işlər davam edir.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli bildirib.

 

Qardaş ölkədə hər il orta hesabla 2500-3000 yanğın faktının qeydə alındığını deyən nazir, keçən il səkkiz böyük yanğın hadisəsinin baş verdiyini söyləyib.

 

"Yanğınsöndürənlərimiz yorğundurlar, lakin qərarlı şəkildə davam edirlər. Silifkedəki yanğın getdikcə azalır. Adanada bütün yanğınlar nəzarət altına alınıb. Orada baş verən üç yanğının hamısı təhlükəli idi. Bodrum və Milasdakı briqadaları hava qüvvələri ilə gücləndirərək bütün yanğınlardan müsbət nəticələr əldə etmək üçün səy göstərəcəyik. Bu gün havanın rütubəti 10 faizə enəcək. Daha da diqqətli olmalıyıq. Ən qısa zamanda bütün yanğınları nəzarət altına alacağıq", - deyə Pakdemirli vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?