Modern.az

Bu il 20 mln. tondan artıq neft hasil edilib

Bu il 20 mln. tondan artıq neft hasil edilib

İqtisadiyyat

24 Avqust 2021, 10:07

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda təxminən 20,1 mln. ton neft (kondensatla birlikdə) hasil edilib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 522,2 min ton az olub.

 

Energetika Nazirliyindən Modern.az-a verilən məlumata görə, respublika üzrə neft hasilatının 13,3 mln. tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,2 mln. tonu (kondensat) “Şahdəniz”in payına düşüb.

 

Hesabat dövründə SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 4,6 mln. ton təşkil edib.

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?