Modern.az

Ötən gün 71 yanğın olub

Ötən gün 71 yanğın olub

Hadisə

25 Avqust 2021, 10:36

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

 

Modern.az FHN-in saytına istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 71 yanğına çıxış, 2 halda köməksiz vəziyyətdə qalma və 1 nəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

 

Ümumilikdə, ötən sutka ərzində 1 nəfər xilas edilib. Sumqayıt şəhərində mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalma faktı üzrə həyata keçirilən xilasetmə əməliyyatı zamanı 1961-ci il təvəllüdlü Yeramin Aleksandr Vladimiroviçin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

 

Həmçinin, Quba rayonunun Alekseyevka kəndində “Mercedes” markalı minik avtomobilinin yol kənarındakı ağaca çırpılması faktı üzrə həyata keçirilən qəza-xilasetmə əməliyyatı zamanı 2 nəfərin meyiti deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir