Modern.az

Xüsusi təyinatlıların təliminə dair memorandum təsdiqlənəcək

Xüsusi təyinatlıların təliminə dair memorandum təsdiqlənəcək

13 Sentyabr 2021, 15:30

Milli Məclis Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıların təliminə dair anlaşma memorandumunu təsdiq edəcək.

 

Modern.az xəbər verir ki,  bu məsələ parlamentin Müdafiə və təhlükəsizlik komitəsinin sentyabrın 16-da keçiriləcək iclasının gündəliyinə daxil edilib.

 

İclasda “Azərbaycan Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıların təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi müzakirə olunacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir