Modern.az

Gürcüstanda kişilər arasında gözəllik yarışması keçirilib

 Gürcüstanda kişilər arasında gözəllik yarışması keçirilib

16 Fevral 2010, 09:25

Gürcüstanda ölkə tarixində ilk dəfə olaraq kişilər arasında gözəllik yarışması keçirilib. Modern.az gürcü mətbuatına istinadən xəbər verir ki,   "New Face Model Search" yarışmasının qalibi 18 yaşlı Giorgi Orveladze olub. İlk gürcü gözəl kişisi yaşları 17-26 olan 26 namizəd arasından seçilib. Final paytaxt Tiflisin elitar klublarından birində keçirilib. Orveladze ölkəsini Cənubi Koreyada  “2010-Mister Dünya “ yarışmasında təmsil edəcək.

                                                  Gürcü cəmiyyətində bu cür yarışmalara münasibət birmənalı deyil. Təkcə qadınlar arasında deyil, həm də kişilər arasında bu cür yarışmaların keçirilməsi cəmiyyətdə mübahisə mövzusudur.  Orta və yaşlı nəsil bu cür gözəllik yarışmalarını kəskin tənqid edir. Cəmiyyət üzvləri hesab edir ki,  bu cür yarışmaların iştirakçıları, yumşaq desək, öz cinslərinin əlamətlərinə uyğun gəlmir.   “Bizim qızlar səhnədə çılpaq gəzir, lakin bu, hələ başlanğıcdır, çox keçməz kişiləri də soyunduracaqlar”deyə paytaxt sakinlərindən biri konkursa münasibətini açıqlayıb. Bəzilərinə görə isə bu cür gözəllik konkurslarında iştirak edənlər əslində heç də  kişi deyillər

.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir