Modern.az

Gürcüstanın baş naziri Saakaşvilini “narkoman” adlandırdı

Gürcüstanın baş naziri Saakaşvilini “narkoman” adlandırdı

16 Sentyabr 2021, 17:29

Gürcüstan baş naziri İrakli Qaribaşvili eks-prezident Mixail Saakaşvilini “narkoman” adlandırıb.

 

Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, o bu açıqlamanı Saakaşvilini 2 oktyabr seçkiləri öncəsi ölkəyə qayıdacağı ilə bağlı anonsu fonunda verib.

“O, aktiv şəkildə narkotik vasitələr qəbul edir. Qəbul etdiyi dozadan asılı olaraq, onun tonu qalxa yaxud enə bilər”- deyə baş nazir söyləyib.

 

Ölkə müxalifəti Saakaşvilinin qayıdışını təmin etməyə çalışır.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi