Modern.az

Tovuzda 9 yaşlı məktəblini avtomobil vurub 

Tovuzda 9 yaşlı məktəblini avtomobil vurub 

28 Sentyabr 2021, 10:26

Tovuzda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Abulbəyli kəndində Adil Qasımov adına orta məktəbin qarşısında qeydə alınıb.

 

Hərəkətdə olan minik maşını 2012-ci il təvəllüdlü Sadıqov Rövşən Natiq oğlunu vurub. Məktəbli xəstəxanaya yerləşdirilib. Müayinə zamanı onun hər iki ayağının sındığı məlum olub.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mehdiyevin gizli əlaqələri - Xəyanət haradan başladı?