Modern.az

DİN qadın işçi axtarır - 500-800 manat maaş veriləcək

DİN qadın işçi axtarır - 500-800 manat maaş veriləcək

19 Oktyabr 2021, 12:29

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi operator vəzifələri üzrə müvafiq qurumlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, müsabiqədə yaşı 25-dən 30-dək, boyu 160 santimetrdən yuxarı olan, Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrini bitirmiş, əvvəllər özü və yaxın qohumları qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən edilmiş şərtlərə cavab verən, Bakı şəhərində daimi qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikasının qadın cinsli vətəndaşları iştirak edə bilərlər. 

Həmin vəzifələrdə əmək funksiyalarının spesifikliyi baxımından müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, fiziki hazırlıqları və biliк səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılaraq, kompüter və rabitə avadanlıqları ilə işləmək, analitik düşünmə və araşdırma, düzgün qərar vermək və problem həll etmək qabiliyyətlərinə malik, komandada işləmək bacarıqları və qrammatik bilikləri yüksək səviyyədə olan, məsuliyyətli, diqqətli və inkişafa meyilli, ən azı xarici dillərdən birini sərbəst bilən və ailəli şəxslərə üstünlük veriləcəkdir.
Müsabiqə qaliblərinə Azərbaycan Respublikası DİN-in kadrları tərkibinə daxil edilərək müvafiq xüsusi rütbə verilməklə 500-800 manat aylıq təminat xərcliyi ödəniləcək, habelə qanunvericiliklə müəyyən olunmuş qaydada onların daxili işlər orqanları əməkdaşlarına şamil olunan bütün imtiyazlardan istifadə hüququ olacaq. 

İştirak etmək istəyən şəxslər 2021-ci ilin oktyabr ayının 18-dən noyabr ayının 18-dək Daxili İşlər Nazirliyinin internet saytında www.mia.gov.az yerləşdirilmiş elektron ərizə formasını və qısa anket məlumatlarını  şəxsən dolduraraq elektron poçt vasitəsilə DİN-in Baş Kadrlar İdarəsinin [email protected] elektron ünvanına göndərməlidirlər.  

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı