Modern.az

Fəlakətin üzərindən üç il keçsə də, təsiri hələ də qalmaqdadır - FOTOLAR

Fəlakətin üzərindən üç il keçsə də, təsiri hələ də qalmaqdadır - FOTOLAR

Dünya

11 Mart 2014, 05:19

11 Mart 2011-ci ildə Yaponiyada meydana gələn 9 bal gücündəki zəlzələ və ardınca yaşanan sunami fəlakətində 15 min 884 adam həyatını itirərkən, 2 min 636 adam da itgin düşdü.

Xüsusilə Fukuşima Nüvə Reaktorunun olduğu bölgə hələ də fəlakətin izlərini daşımaqdadır. Fukuşima Tibb Fakültəsinin həkimlərinin son bir ildə apardıqları müşahidələrdə 75 uşağın tiroid xərçəng xəstəliyi riski daşıdığını və indiyə qədər bu xəstələrdən 33-nün xərçəng xəstəsi olduğunun təsdiqləməkdədirlər. 

Normalda isə Yapon uşaqlar arasında tiroid xərçəng xəstəliyinə rast gəlinmə nisbətinin milyonda bir və ya iki olduğuna diqqət çəkilir. Hakimiyyət nümayəndələri isə xərçəng xəstəliyinin  Fukuşima Nüvə Reaktorunda yaşanan sızıntıyla bağlı olmadığını iddia etməkdədirlər.


 



Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar