Modern.az

Leonid İliç Brejnev - istirahət siyasətinin bilicisi - MARAQLI

Leonid İliç Brejnev - istirahət siyasətinin bilicisi - MARAQLI

26 Sentyabr 2014, 23:18

Leonid İliç Brejnev SSRİ-nin digər rəhbərlərindən fərqli olaraq öz əyləncə və istirahətinə xüsusi diqqət yetirib. Baş katibin xarici həmkarları SSRİ-də rəsmi səfərdə olarkən belə, Leonid İliç onları Kremldə qarşılasa da, bu görüşlərin əsas hissəsi sovet liderinin sevdiyi məkanlarda davam etdirilib. Leonid İliçin səmərəli istirahətinə heç nə mane ola bilməyib. Rəhbər sözün əsl mənasında istirahət siyasətinin bilicisi olub.

Modern.az saytı bu yazı ilə yenidən tarixi vərəqləyir.



Sovet təbliğatına görə insanlar elə düşünüblər ki, Baş katibin istirahəti yalnız “Pravda” qəzetini oxumaqdan və məzuniyyət zamanı sanatoriyada müalicə almaqdan ibarətdir.



Stolüstü oyunlardan dominoya üstünlük verən Brejnev müntəzəm olaraq həyat yoldaşı Viktoriya Petrovnaya və mühafizəçilərinə bu sahədə nəyə qadir olduğunu şəstlə nümayiş etdirib.



Brejnevin şakərlərindən biri ov olub. Ovda əldə etdiyi qənimətləri də Suslovu çıxmaq şərtilə Kreml məmurları arasında qardaş malı kimi bölüşdürüb. Ölkənin baş ideoloqunun payını Brejnev həmişə artıq edib.


Leonid İliç gərginliyini və yorğunluğunu hovuzda çıxarmaqdan xüsusi ləzzət alıb.


100 qram Leonid İliçə heç vaxt mane olmayıb. Hətta Kreml tədbirlərində belə, Baş katib qədəh toqquşdurmaqdan imtina etməyib.



Təmtəraqlı və təntənəli yubileyləri sevən Brejnev 60 illik yubileyində qızı ilə rəqs edib.



Digər sovet rəhbərləri kimi, Krımda istirahət etməkdən Brejnev də xoşhallanıb.



Brejnev üçün ən böyük istirahət sükan arxasında əyləşmək olub. Avtomobil həvəskarı olan Baş katib sürətli idarəetmədən nə qədər zövq alıbsa, mühafizəçiləri üçün də bir o qədər problem yaradıb.



Leonid İliçin istirahətində xanımların xüsusi rolu olub. Xüsusilə tibb bacısı Nina Korovyakova uzun illər Brejnevin istirahətinə xüsusi zövq qatıb.


Belə öpüşməyi bacaran rəhbərin istirahəti başqa cür ola bilməzdi.

Beləliklə Leonid İliç Brejnevin 18 illik istirahət siyasəti SSRİ tarixinə durğunluq dövrünü yazıb.

İlham Cəmiloğlu

Whatsapp
Bizə yazın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir