Modern.az

İŞİD 9 yaşlı qızları 200 min dinara satır

İŞİD 9 yaşlı qızları 200 min dinara satır

2 Yanvar 2015, 22:08


“İraq Şam İslam Dövləti”nin (İŞİD) işğal etdiyi yerlərdə tutduğu xristian və yezidi qadınları kölə bazarlarında satdığı iddiaları ilk dəfə rəsmi olaraq açıqlanıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İraqda öldürülən İŞİD-in əmir statusu verdiyi yüksək səviyyəli rəhbərin üzərindən çıxan və təşkilatın möhürünün olduğu sənəddə İŞİD tərəfindən bir bazar qurulduğu, burada xristian və şeytana sitayiş edən qadınların satıldığının yazıldığı bildirilir.

Üzərində hicri təqvimə görə 14 Zilhəcc 1435 (16 oktyabr 2014) tarixi olan sənəddə bazarda hər yaşdan qadının olduğu, yaşı böyük qadınların ucuz, yaşı kiçiklərin isə daha baha qiymətə satıldığı bildirilir.

"Alış-verişi qəbul etməyənlər öldürüləcək”

İŞİD-in yalnız rəhbərlik səviyyəsində əmrlərinə göndərdiyi bildirilən qənimət satış qiymətləri aktında, “Bismillahir-rəhmanir-rəhim. Bizə bir xəbər gəldi. Qadınları və qənimətləri satmaq üçün bir bazar var. Bu bazarda qiymətlər hazırda çox düşüb. Qiymətlərin düşməsi İslam iqtisadiyyatı düşdüyü üçündür. Bu mübadiləni qəbul etməyənlər öldürüləcəkdir” ifadələri yer alıb.

Sənəddə qənimət satışındakı geriləmənin ardından İŞİD gəlirlərinin və mücahidlərin maliyyələşdirmənin qarşılanması səbəbindən qənimətlərin satıldığı bazarlara nəzarət qoyulmasının vacibliyi qeyd edilib.

1-9 yaşlı qızlar 200 min dinar

Sənədin alt hissəsindəki qiymət siyahısında satılacaq qadınların hamısının yanında şeytana tapınan və ya xristian qadınlar ifadələri yer alır. Siyahıya görə, 30- 40 yaş arasındakı bir qadının 75 min dinara satılacağı qeyd olunub. Siyahıda 20-30 yaş arasındakı qadının 100 min dinar, 10-20 yaş arasında qadının 150 min dinar, 40-50 yaşında olan qadınların 50 min dinara satılacağı qeyd edilib. Siyahının ən aşağında isə 1-9 yaş aralığında olan qızların 200 min dinara satılacağı göstərişi verilib.

Türklər və suriyayılar istrədikləri qədər qadın ala bilər

Sənədin ən alt hissəsindəki açıqlamada isə bir adamın ən çox 3 qadın ala biləcəyi bildirilir. Şərh hissəsində yalnız türklər və suriyalıların istədiyi qədər qadın satın ala biləcəyi ifadələri yer alıb. İraqda olan təhlükəsizlik qüvvələri İŞİD-in Mosulda böyük bir iqtisadi böhran yaratdığını və təşkilatın bu böhrandan xilas olmaq üçün yollar aradığını bildirib. Mütəxəssislər ələ keçirilən sənədin təşkilatın qul bazarlarında satışı tənzimləmək üçün yazmış olduğunu qeyd ediblər.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?