Modern.az

Səfər Əbiyevin oğlu haqda xəbərə aydınlıq gətirildi

Səfər Əbiyevin oğlu haqda xəbərə aydınlıq gətirildi

6 Yanvar 2015, 09:58


Azərbaycanın sabiq müdafiə naziri Səfər Əbiyevin adı ətrafında yayılan müxtəlif  xəbərlər medianın gündəmini zəbt edib. Eks-nazirin Çexiya vətəndaşlığı alması haqda xəbərin təkzib edilməsindən sonra onun Murad Əbiyev adlı oğlunun Çexiyada malikanəsi olduğu bildirilib.

Səfər Əbiyevin ailəsinə yaxın mənbə eks-nazirlə bağlı yayılan bu xəbəri də təkzib edib. Daha doğrusu onun Murad adlı oğlunun olmadığını bildirib.

“Bildiyim qədər Səfər Əbiyevin iki oğlu var: Ruslan və Roman. Böyük oğlu Ruslan Əbiyev vergi orqanlarında işləyir. Kiçik oğlu Roman Əbiyev isə prokurorluq sisteminin işçisidir. Ola bilsin ki, Çexiyadakı mülk nazirin Əbiyev soyadlı hansısa yaxın adamının adına qeydiyyatdadır. Amma adı qeyd olunan Murad Əbiyev onun oğlu deyil”-deyə mənbə Modern.az saytına bildirib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü