Modern.az

Azərbaycanlı futbolçu ermənilərə qol vurdu, Azərbaycan bayrağı stadionda

Azərbaycanlı futbolçu ermənilərə qol vurdu, Azərbaycan bayrağı stadionda

15 Oktyabr 2009, 01:10

FİFA-nın Azərbaycan bayraqlarının Türkiyə-Ermənistan oyununun keçirildiyi Bursadakı Atatürk stadionuna gətirilməsinə qoyduğu qadağaya və polisin maneəsinə baxamayaraq üşrəngli bayrağımız tribunalarda dalğalandırıldı.
Modern.az "Hürriyyət"ə istinadən xəbər verir ki, Azərbaycan bayrağına qoyulan qadağaya etiraz edən təxinən 500 fanat "Yönətim istefa", "Bizlər Türkük, Erməni deyilik" və s. şüarlar səsləndirərək, Azərbaycan və Türkiyə bayraqlarını qaldırıblar. Onlar FİFA-nın qərarını insanlığa qarşı yönələn addım adlandırıblar: "Bursalı azarkeşlər, bursalılar bu matçla birlikdə Azərbaycanın işgal altındakı torpaqlarını, 1 milyon qaçqınını dəstəkləmək üçün matça Azərbaycan bayraqları ilə gəlib. Bu səbəbdən qapıların açılmasını və bayraqların arenaya buraxılmasını tələb edirik. Azərbaycan bayrağının olmadığı bir Ermənistan matçında demək ki, Türk milləti dünyaya mesaj verməyib".
Polisin müdaxiləsinə baxmayaraq azarkeşlər Azərbaycan bayraqlarını stadiona keçirə bilib, hətta tribunalarda onu dalğalandırıblar.
Frans Press agentliyi xəbər verir ki, Bursada Türkiyə və Ermənistan oyunundan qabaq Ermənistan himni çalınarkən bir çox türk azarkeşlər himni fitə basıblar. Onlar eyni hərəkəti Ermənistan komandasının heyəti élan edilərkən də ediblər, Baxmayaraq ki, stadionda səsucaldanlarla tərəflər bir-birinə hörmət etməyə dəvət edilib.
Qeyd edək ki, 2-0 hesabı ilə bitən oyunda Türkiyə qələbə qazanıb. Oyunda ikinci qolu 28-ci dəqiqədə ermənilərin qapısından əslən azərbaycanlı futbolçu Sərvət Çətin keçirib. İlk qolu isə Xəlil Altıntop vurub.




 


 




Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi