Modern.az

Yağıntılar nə vaxt kəsiləcək? - Nazirlik açıqladı

Yağıntılar nə vaxt kəsiləcək? - Nazirlik açıqladı

Ölkə

Bu gün, 17:10

Ölkə ərazisində sabah gündüz yağıntıların tədricən kəsiləcəyi, aprelin 16-da isə hava şəraitinin sabitləşəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.

Modern.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

O bildirib ki, aprelin 14-ü Bakıda və Abşeron yarımadasında müşahidə olunan yağıntılı hava şəraitinin aprelin 15-i gündüzədək davam edəcəyi gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağıntının intensivləşəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturunun 12-16 dərəcə isti olacağı proqnozlaşdırılır.

Gülşad Məmmədova deyib ki, bölgələrdə də hazırda yağıntılı hava şəraiti davam edir. Dağlıq ərazilərdə qar yağır, ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Aprelin 15-i gündüz isə yağıntılar tədricən kəsiləcək. Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

Proqnozlar Bürosunun direktoru diqqətə çatdırıb ki, aprelin 16-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bölgələrdə hava şəraitinin sabitləşəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləkləri üstünlük təşkil edəcək ( AzərTac)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Netanyahu həddini aşdı: Ərdoğana ağır sözlər dedi