Modern.az

Nazir müavinliyindən TƏBİB-ə direktor - Anar Bayramov KİMDİR?

Nazir müavinliyindən TƏBİB-ə direktor - Anar Bayramov KİMDİR?

Ölkə

14 Aprel 2026, 20:24

Xəbər veriyimiz kimi, TƏBİB-in Müşahidə Şurasının qərarı ilə Anar Məhərrəm oğlu Bayramov TƏBİB-in yeni icraçı direktoru təyin edilib.

Modern.az xəbər verir ki, Anar Bayramov 1975-ci ildə anadan olub.

Anar Bayramov Azərbaycan Tibb Universitetinin məzunudur və təhsil aldığı dövrdə Akademik Mirqasımov adına təqaüdə layiq görülüb və təhsilini qırmızı diplomla, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və İdarəetmə ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. 2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur.

1998-ci ildən “MediClub” klinikasında həkim işləyib, 2002-ci ildən “A-Group” Sığorta Şirkətində müxtəlif vəzifələrdə çalışıb, şirkətin İdarə Heyətinin sədri olub. 2021-ci ildən əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri olub.

Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsinə təyin olunub.

2006–2014-cü illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının Tibbi Sığorta Komitəsinin sədri, 2012-2017-ci illərdə Xəzər-Avropa Maliyyə Klubunun (CEİBC) prezidenti, 2017-2020-ci illərdə Xəzər-Avropa Klubunun Sığorta Komitəsinin rəhbəri olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Netanyahu həddini aşdı: Ərdoğana ağır sözlər dedi