Modern.az

Hesablama Palatası bu qurumlarda audit aparıb

Hesablama Palatası bu qurumlarda audit aparıb

Ölkə

Bu gün, 14:24

Dövlət büdcəsi ilə yanaşı, Azərbaycan Respublikası Dövlət Neft Fondu, İcbari Tibbi Sığorta Fondunun, eləcə də NMR büdcəsinin və qeyri-büdcə vəsaitlərinin auditi aparılıb.

Modern.az xəbər verir ki, bu Azərbaycan Respublikası Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında Hesabatının Xülasəsində öz əksini tapıb.

Bildirilib ki, hesabat ilində Hesablama Palatasının KDMN fəaliyyəti 30 uyğunluq auditi, 7 maliyyə auditi, 6 səmərəlilik auditi və 5 analitik fəaliyyəti əhatə edib.

Nəzarət tədbirləri ilə dövlət büdcəsi üzrə 6,7 milyard manat vəsait əhatə olunub.

Qeyd edilib ki, KDMN tədbirləri çərçivəsində gəlir və xərclərin proqnozlaşdırılması, hesablanması, icrası və digər öhdəliklərin yerinə yetirilməsi uyğunluq, maliyyə və səmərəlilik elementləri aspektindən qiymətləndirilib.

Hesabata əsasən, uyğunluq elementləri üzrə pozuntuların həcmi 584,8 milyon manat, maliyyə təhrifləri 626,3 milyon manat, səmərəsiz xərclər isə 342,9 milyon manat təşkil edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV