Modern.az

Sosial şəbəkələrdə sonsuz sürüşdürmə qadağan oluna bilər

Sosial şəbəkələrdə sonsuz sürüşdürmə qadağan oluna bilər

Ölkə

Bu gün, 12:30

Biz hesab etsək ki, bu qanun layihəsi qəbul olunduqdan sonra problem həll olunacaq özümüzü aldatmış olarıq. Çünki hətta Avstraliyanın özündə ilkin araşdırmalar göstərir ki, tam şəkildə uğurlu olmaq, istənilən nəticələrə çatmaq üçün burda valideynlərin, ailələrin, həmçinin digər dövlət qurumlarının üzərinə yük düşür. 

Modern.az xəbər verir ki, bunu İnsan hüquqları, Ailə qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsininin müzakirəsində rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov deyib.

O bildirib ki, proporsional, yəni mərhələli sanksiyaların tətbiq olunması bu qanunun daha uğurlu tətbiqinə kifayət qədər dəstək olacaq.

Nazir müavini, eyni zamanda, bu qanun layihəsində platformaların üzərinə qoyulan məsuliyyəti xüsusi vurğulayıb.

Qeyd edib ki, bu çox əhəmiyyətlidir. İstər sonsuz sürüşdürmələr, istər avtomatik video başlanması kimi manipulyativ dizayn elementlərinin qadağan olunması çox mühüm əhəmiyyət daşıyır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanda QARŞIDURMA BAŞLADI - Seçkinin nəticələri açıqlanır