Modern.az

Bakı-Tbilisi-Bakı qatarına əlavə vaqon qoşulacaq

Bakı-Tbilisi-Bakı qatarına əlavə vaqon qoşulacaq

Ölkə

10 İyun 2026, 11:04

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) yay mövsümündə artan sərnişin tələbatını nəzərə alaraq Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə tədbirlər görüb.

ADY-dən Modern.az-a bildirilib ki, tətil və məzuniyyət dövründə səyahətə marağın artması ilə əlaqədar 11 iyundan Bakıdan, 12 iyundan isə Tbilisidən hərəkət edən qatarların tərkibinə əlavə vaqonlar qoşulacaq. Bu isə daha çox sərnişinin daşınmasına imkan yaradacaq.

Qeyd edilib ki, biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək mümkündür.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rusiyanı can damarından VURURLAR - Ukraynadan şok zərbələr