Modern.az

Sel və dolu təhlükəsi bölgələrdə davam edir - FAKTİKİ HAVA

Sel və dolu təhlükəsi bölgələrdə davam edir - FAKTİKİ HAVA

Ölkə

Bu gün, 10:12

İyunun 11-i saat 10:00-a olan faktiki hava açıqlanıb.

Modern.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti davam edir, arabir şimşək çaxır, leysan xarakterli yağış yağır.

Düşən yağıntının miqdarı Daşkəsəndə 22, Şəmkirdə 14, Gədəbəydə 13, Tovuz və Kişçayda (Şəki) 11, Goranboyda 8, Göygöldə 6, Qax və Yevlaxda 5, Oğuzda 4, Şahbuz, Mingəçevir, Ağstafa, Zaqatala, Zərdab, Tərtər və Yardımlıda 3, Ordubad, Ağdam və Balakəndə 2, Sədərək, Şərur, Culfa, Bərdə, Gəncə, İmişli, Qəbələ, Şahdağ, Xınalıq, Qusar, Qrız, Göyçay, Naftalan, Kəlbəcər, Laçın, Şuşa, Xankəndi, Xocalı və Füzulidə isə 1 mm-dək qeydə alınıb.

Qeyd edilib ki, iyunun 10-da saat 20:10 radələrində Kəlbəcər rayonuna, 21:23–21:30 aralığında Gədəbəy rayonuna diametri 18 mm olan dolu düşüb. Eyni zamanda həmin saatlarda rayonun Düzyurd, Aytala, Gərgər, Qarıkənd, Yenikənd, Maarif, Qaradağ və Arıqdam kəndlərində də dolu müşahidə olunub.

Saat 22:05–22:07 radələrində Daşkəsən rayonuna və rayonun Quşçu, Xoşbulaq kəndlərinə, 22:20 radələrində isə Qazax rayonuna dolu düşüb. İyunun 11-i səhər saatlarında isə Göygöl rayonunda xırdadənəli dolu qeydə alınıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya ara qarışdı - Müharibəyə qarşı etirazlar başladı!