Modern.az

Hikmət Hacıyev Slovakiya dövlət katibi ilə görüşdü

Hikmət Hacıyev Slovakiya dövlət katibi ilə görüşdü

Ölkə

11 İyun 2026, 17:14

Slovakiya Xarici İşlər Nazirliyinin (XİN) Avropa İttifaqı işləri üzrə dövlət katibi Marek Estok Azərbaycanda səfərdədir.

Modern.az xəbər verir ki, bu barədə dövlət katibi “X” hesabında bildirib.

Marek Estok Azərbaycana səfəri çərçivəsində Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

O, Hikmət Hacıyevlə Azərbaycanla Slovakiya arasında əməkdaşlıq və yeni müştərək layihələr barəsində açıq və müsbət müzakirələr apardığını qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ruslardan 5 ölkəyə "HÜCUM": Siyahıda Azərbaycan da var