Modern.az

İran - ABŞ memorandumu niyə tez imzalandı? - SƏBƏB

İran - ABŞ memorandumu niyə tez imzalandı? - SƏBƏB

Ölkə

Bu gün, 09:21

ABŞ və İsrailin İran İslam Respublikasına qarşı apardığı müharibənin dayandırılmasına dair memorandumun mətni əvvəlcədən xəbər verildiyi kimi, iyunun 19-da deyil, bir gün tez - iyunun 18-də İran və ABŞ prezidentləri tərəfindən imzalanıb.

İran prezidenti Məsud Pezeşkian və ABŞ prezidenti Donald Tramp qısa zaman aralığında sözügedən memorandumun mətnini rəqəmsal formada və məsafədən imzalayıblar.

İslamabad razılaşmasına gətirib çıxaran diplomatik prosesdə Pakistanın vasitəçi rolunu nəzərə alaraq, bu ölkənin Baş naziri Şahbaz Şərif də memorandumun mətnini imzalayacaq.

Modern.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqayi cümə axşamı səhər televiziya proqramında bu xəbəri açıqlayaraq deyib:

“Memorandumun mətni fars və ingilis dillərində imzalanıb”.

O, razılaşmanın imzalanma üsulunun İsveçrədə keçiriləcək üzbəüz görüşdən virtual imzaya dəyişdirilməsinə toxunaraq əlavə edib:

“Son 24 saat ərzində aparılan məsləhətləşmələrdən sonra belə nəticəyə gəldik ki, memorandumun iki ölkənin prezidentləri tərəfindən və fiziki iştirak olmadan imzalanması daha məqsədəuyğundur”

Baqayinin sözlərinə görə, bu qərarın səbəblərindən biri də iki ölkə liderlərinin birbaşa imzası halında razılaşmanın pozulmasının siyasi dəyərinin daha yüksək olmasıdır.

Baqayi İsveçrədə keçirilməsi planlaşdırılan növbəti görüş barədə də bildirib:

“Memorandum imzalandıqdan sonra danışıqların növbəti mərhələsi başlayacaq. İsveçrə görüşünün keçirilməsi hələ də gündəmdədir, lakin yekun qərar vasitəçilərlə məsləhətləşmələrdən sonra açıqlanacaq”

Hər iki tərəfin rəsmilərinin sözlərinə görə, razılaşmanın icrası və danışıqların növbəti mərhələsinin başlanması yaxın günlərdə vasitəçilərin nəzarəti altında davam etdiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə Zəngəzur dəhlizinə TURAN deyildi -Ermənistanda ara qarışdı -Xəbəriniz Var? - Media Turk TV