Modern.az

Azərbaycanda ən çox qadınlar adını dəyişir - STATİSTİKA

Azərbaycanda ən çox qadınlar adını dəyişir - STATİSTİKA

Ölkə

Bu gün, 10:55

2026-cı ilin 6 ayında 1213 nəfər adını, soyadını və ya ata adını dəyişdirib, 558 nəfərin isə soyadının sonluğu dəyişdirilib. 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, ad, soyad və ata adı dəyişdirilən şəxslərdən 321-i kişi, 892-si isə qadın olub.

Nazirlikdən verilən məlumatda qeyd olunub ki, adı dəyişdirilən şəxslərdən 22-si yetkinlik yaşına çatmayan şəxs olub. Onlardan 17-si kişi cinsinə mənsubdur.

“Bildiririk ki, vətəndaşlar adlarını, soyadlarını və ata adlarını daha çox pis səslənməsi, yaxud şəxsi istəkləri, eləcə də ər-arvadın ümumi soyad daşımaq arzusu, habelə ərizə verəni tərbiyələndirən şəxsin soyadını qəbul etmək və ya övladlığa götürmənin rəsmiləşdirilməsi mümkün olmadıqda atalığın adı ilə ata adı daşımaq arzusu və digər səbəblərdən dəyişdirirlər”, - deyə rəsmi məlumatda vurğulanıb.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Sankt-Peterburq OD İÇİNDƏ - Ukraynadan dəhşətli hücum - Media Turk TV