Azərbaycanın Türkiyənin Qars şəhərindəki baş konsulu Zamin Əliyevin səlahiyyət müddəti başa çatıb.
Modern.az xəbər verir ki, təxminən 2 il Qarsda Azərbaycanın Baş konsulu vəzifəsində çalışan Zamin Əliyev səlahiyyət müddətinin başa çatması ilə əlaqədar İğdıra vida səfəri edib.
Zamin Əliyev İğdırda jurnalistlərlə görüşüb.
Xatırladaq ki, Zamin Əliyev 18 noyabr 2024-cü il tarixində Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilmişdi.
Zamin Məmməd oğlu Əliyev 8 oktyabr 1979-cu ildə Ağdam rayonunda anadan olub.
2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin bakalavr pilləsini, 2002-ci ildə magistraturasını bitirib.
2001-2005-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin Birinci qərb ərazi idarəsinin referenti, attaşesi olub.
2005-2008-ci illərdə Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyinin attaşesi, üçüncü katibi işləyib.
2008-2011-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin üçüncü katibi, ikinci katibi vəzifələrini tutub.
2011-2017-ci illərdə Türk Dövlətləri Təşkilatının layihə direktoru olub.
2017-2024-cü illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müxtəlif idarələrində birinci katib, şöbə müdiri, rəis müavini işləyib.
18 noyabr 2024-cü il tarixində Qarsa baş konsul göndərilib.
Türk, ingilis və rus dillərini bilir.
A.Qorxmaz