Modern.az

Bakının mərkəzi küçələrində üç saat işıq olmaycaq

Bakının mərkəzi küçələrində üç saat işıq olmaycaq

Ölkə

23 İyul 2026, 02:10

İyulun 23-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq.

Modern.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar saat 10:00-dan 13:00-dək Azərbaycan prospekti, Şıxəli Qurbanov, Zərgərpalan, Süleyman Rəhimov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Həmin tarixdə və saatlarda Nizami RETSİ-nə daxil olan TM-də görüləcək təmir-təftiş işləri zamanı planlı fasilə Cəmşid Naxçıvanski, Elşən Süleymanov və Məmmədəli Şərifli küçələrinin bəzi ərazilərini əhatə edəcək.

Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sabiq deputatla bloqer arasında dava - Canlıda ittihamlara cavab