Modern.az

Əsəb xəstələrinin ən çox və ən az olduğu RAYONLAR

Əsəb xəstələrinin ən çox və ən az olduğu RAYONLAR

Ölkə

Bu gün, 07:30

Azərbaycanda əsəb sistemi və hissiyyat orqanlarının xəstəlikləri ilə bağlı qeydiyyatda olan şəxslərin sayı 323 min nəfəri ötüb. 

Modern.az saytı Dövlət Statistika Komitəsindən əldə etdiyi 2026-cı ilin əvvəlinə aid rəsmi statistika əsasında ölkədə əsəb sistemi və hissiyyat orqanlarının xəstəlikləri üzrə rayonlar arasında mövcud vəziyyəti təhlil edib.

Bakı ilk sıradadır

Ölkə üzrə qeydiyyatda olan 323 775 nəfərin 139 334-ü Bakı şəhərinin payına düşür. Bu göstərici ilə paytaxt ölkə üzrə açıq fərqlə ilk yerdə qərarlaşıb.

Bakı rayonları arasında isə vəziyyət belədir:

Sabunçu – 25 249 nəfər
Xətai – 23 715 nəfər
Yasamal – 15 752 nəfər
Binəqədi – 15 124 nəfər
Suraxanı – 12 753 nəfər
Xəzər – 12 925 nəfər
Səbail – 11 424 nəfər
Nizami – 8 060 nəfər
Nəsimi – 5 350 nəfər
Qaradağ – 5 080 nəfər
Nərimanov – 3 855 nəfər
Pirallahı – 47 nəfər

Abşeron-Xızı iqtisadi rayonunda Sumqayıt öndədir

Bu iqtisadi rayonda ümumilikdə 35 033 nəfər əsəb sistemi xəstəsi qeydiyyata alınıb.

Rayon və şəhərlər üzrə göstəricilər:

Sumqayıt – 28 798
Abşeron – 5 643
Xızı – 592

Gəncə-Daşkəsən iqtisadi rayonunda Gəncə fərqlənir

İqtisadi rayon üzrə ümumi göstərici 19 420 nəfər xəstədən ibarətdir.

Gəncə – 16 393 nəfər
Goranboy – 1 599 nəfər
Göygöl – 1 047 nəfər
Daşkəsən – 208 nəfər
Naftalan – 135 nəfər
Samux – 38 nəfər

Dağlıq Şirvanda Ağsu ilk sıradadır

İqtisadi rayon üzrə ümumi göstərici 5 718 nəfərdir.

Ağsu – 2 594 nəfər
Qobustan – 1 458 nəfər
Şamaxı – 1 060 nəfər
İsmayıllı – 606 nəfər

Qazax-Tovuzda Şəmkir böyük fərqlə liderdir

Bu iqtisadi rayonda 28 750 nəfər xəstə qeydiyyata alınıb.

Şəmkir – 23 873 nəfər
Tovuz – 3 332 nəfər
Qazax – 566 nəfər
Gədəbəy – 546 nəfər
Ağstafa – 433 nəfər

Qarabağ iqtisadi rayonunda Ağdam öndədir

İqtisadi rayon üzrə göstərici 8 358 nəfər xəstədən ibarətdir.

Ağdam – 5 070 nəfər
Bərdə – 1 037 nəfər
Füzuli – 721 nəfər
Şuşa – 521 nəfər
Tərtər – 426 nəfər
Ağcabədi – 355 nəfər
Xocalı – 121 nəfər
Xocavənd – 107 nəfər

(Xankəndi və Ağdərə üzrə məlumat təqdim edilməyib)

Xaçmaz və Quba ilk iki pillədədir

Quba-Xaçmaz iqtisadi rayonunda 9 387 nəfər xəstə qeydiyyata alınıb.

Xaçmaz – 4 031 nəfər
Quba – 3 903 nəfər
Qusar – 922 nəfər
Siyəzən – 405 nəfər
Şabran – 126 nəfər

Lənkəran-Astara zonasıbda Cəlilabad liderdir

İqtisadi rayon üzrə əsəb xəstələrinin ümumi sayı 6 754 nəfərdir.

Cəlilabad – 2 791 nəfər
Astara – 1 348 nəfər
Yardımlı – 1 381 nəfər
Lerik – 505 nəfər
Lənkəran rayonu – 627 nəfər
Masallı – 102 nəfər

Mərkəzi Aranda Göyçay ilk yerdədir

İqtisadi rayon üzrə ümumi göstəricidə 14 837 nəfər xəstə sayı qeydə alınıb.

Göyçay – 6 931 nəfər
Ağdaş – 2 420 nəfər
Kürdəmir – 1 869 nəfər
Zərdab – 1 645 nəfər
Ucar – 1 090 nəfər
Yevlax – 452 nəfər
Mingəçevir – 430 nəfər

Mil-Muğanda Sabirabad öndədir

İqtisadi rayon üzrə göstərici 3 395 nəfər xəstə ilə məhdudlaşır.

Sabirabad – 1 512 nəfər
Saatlı – 903 nəfər
Beyləqan – 669 nəfər
İmişli – 311 nəfər

Şəki-Zaqatalada Şəki rayonu fərqlənir

İqtisadi rayonda ümumilikdə 38 683 nəfər əsəb sistemi xəstəsi qeydiyyata alınıb.

Şəki rayonu – 26 426 nəfər
Zaqatala – 8 621 nəfər
Qəbələ – 2 964 nəfər
Oğuz – 398 nəfər
Qax – 241 nəfər
Balakən – 33 nəfər

Şirvan-Salyanda Salyan liderdir

Bu iqtisadi rayonda əsəb sistemi xəstələrinin sayı 6 010 nəfərdir.

Salyan – 3 642 nəfər
Neftçala – 1 182 nəfər
Hacıqabul – 752 nəfər
Biləsuvar – 249 nəfər
Şirvan – 185 nəfər

Şərqi Zəngəzurda Kəlbəcər ilk sıradadır

İqtisadi rayonda ümumilikdə 1 086 nəfər əsəb xəstəsi var.

Kəlbəcər – 588 nəfər
Cəbrayıl – 252 nəfər
Qubadlı – 161 nəfər
Zəngilan – 65 nəfər
Laçın – 20 nəfər

Naxçıvanda ən yüksək göstərici Naxçıvan şəhərindədir

Naxçıvan Muxtar Respublikasında ümumilikdə 4 737 nəfər əsəb xəstəsi qeydiyyata alınıb.

Naxçıvan şəhəri – 1 772 nəfər
Şərur – 822 nəfər
Şahbuz – 567 nəfər
Ordubad – 504 nəfər
Culfa – 382 nəfər
Kəngərli – 371 nəfər
Sədərək – 183 nəfər
Babək – 136 nəfər

Rəsmi statistikaya əsasən, əsəb sistemi xəstələri ilə bağlı ən yüksək göstərici Bakı və Sumqayıt şəhərləri, Şəki, Şəmkir, Sabunçu və Xətai rayonlarında qeydə alınıb. Bunun əksinə olaraq, Pirallahı, Laçın, Balakən, Samux və Babək kimi ərazilərdə qeydiyyatda olan xəstələrin sayı nisbətən azdır.

Qeyd edək ki, statistikada "əsəb sistemi və hissiyyat orqanlarının xəstəlikləri" üzrə göstəricilər yer alıb. Buraya sinir sistemi ilə yanaşı, göz və qulaq xəstəlikləri də daxildir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya İlham Əliyevi hədəf aldı - Kremldə dəliliyin ən son həddi