Modern.az

Qarabağın üç rayonuna köç yola düşdü 

Qarabağın üç rayonuna köç yola düşdü 

Ölkə

Bu gün, 07:57

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Modern.az xəbər verir ki, bu mərhələdə Xocalı rayonunun Xanabad kəndinə 10 ailə - 31 nəfər, Təzəbinə kəndinə 9 ailə - 39 nəfər, Badara kəndinə 6 ailə - 24 nəfər, Daşbulaq kəndinə 2 ailə - 7 nəfər, Seyidbəyli kəndinə 1 ailə - 5 nəfər, Ağdərə rayonunun Aşağı Oratağ kəndinə 10 ailə - 34 nəfər, Vəngli kəndinə 6 ailə - 26 nəfər, Həsənriz kəndinə 6 ailə - 17 nəfər, Kolatağ kəndinə 3 ailə - 19 nəfər, Cəbrayıl rayonunun Şükürbəyli kəndinə isə 12 ailə - 55 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, doğma yurda köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya İlham Əliyevi hədəf aldı - Kremldə dəliliyin ən son həddi