Modern.az

Sabah 41 dərəcə isti olacaq - Özünüzü qoruyun!

Sabah 41 dərəcə isti olacaq - Özünüzü qoruyun!

Ölkə

Bu gün, 12:33

Sabah Bakıda havanın temperaturu 40 °-yə yaxın olacaq.

Bu barədə Modern.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Bildirilib ki, iyulun 26-da Bakıda və Abşeron yarımadasında havanın günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-26° isti, gündüz 35-39°, bəzi yerlərdə 40°-yə yaxın isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunu təşkil edəcək.Nisbi rütubət gecə 70-75 %, gündüz 40-50 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-39°, bəzi yerlərdə 40-41°-dək isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiyanı can damarından VURURLAR - Ukraynadan şok zərbələr