Modern.az

Prezident iki ölkəyə səfir təyin etdi

Prezident iki ölkəyə səfir təyin etdi

Ölkə

4 Sentyabr 2026, 15:05

Anar Keykavus oğlu Əcəmov Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Modern.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. 

Dövlət başçısı həmçinin Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edib.

Qeyd edək ki, Vaqif Sadıqov ötən ay Azərbaycan Respublikasının Belçika Krallığında, eyni zamanda Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrindən geri çağırılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İş yerləri çox olmalıdır ki, insanlar normal maaş ala bilsinlər