Modern.az

Bakıda daha iki yol bağlanır

Bakıda daha iki yol bağlanır

Ölkə

4 Sentyabr 2026, 19:02

Aparılacaq təmir işləri ilə əlaqədar Bakının Sabunçu rayonu, Bəşir Bünyadov küçəsinin bir hissəsində və Ramana qəsəbəsi Mehdi Hüseynzadə küçəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, təmir işlərinə 5 sentyabr saat 07:00-dan etibarən start veriləcək.

Hərəkətin qismən məhdudiyyəti təmir işləri bitənə qədər qüvvədə olacaq.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və qeyd olunan ərazidə hərəkətdə olarkən diqqətli olmaları xahiş olunur”, deyə AAYDA-nın məlumatında deyilir.

Whatsapp
Bizə yazın!
Keçid et
İş yerləri çox olmalıdır ki, insanlar normal maaş ala bilsinlər