Səhiyyənin Təminat Mərkəzi 8.8 milyon manatlıq vaksin satınalması elan edir.
Modern.az xəbər verir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Səhiyyənin Təminat Mərkəzi” publik hüquqi şəxsi uşaqların sağlamlığının qorunması və yoluxucu xəstəliklərə qarşı peyvəndləmə tədbirləri çərçivəsində açıq tender elan edib.
Satınalma “2023–2027-ci illər üzrə uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı” çərçivəsində “Hexa vaccine” (6 valentli kombine edilmiş vaksin) preparatının temini məqsədilə təşkil olunur.
Müsabiqə üzrə ehtimal olunan ümumi qiymət 8 825 810 manat təşkil edir.
(Banker)