Modern.az

AZAL-da yeni təyinatlar 

AZAL-da yeni təyinatlar 

Ölkə

4 Sentyabr 2026, 22:00

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları” (AZAL) QSC-də yeni kadr təyinatları həyata keçirilib.

Modern.az NOCOMMENT.az-a istinadən xəbər verir ki, müvafiq əmrlə Kənan Əliyev Satınalma şöbəsinin rəhbəri, Afət Mehdiyeva isə Hüquqi təminat sektorunun rəhbəri vəzifəsinə təyin olunub.

Məlumata görə, hər iki şəxs yeni təyinata qədər AZAL-da mütəxəssis vəzifəsində çalışıb. Onlar 2023-cü ildən etibarən qurumda fəaliyyət göstərirlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İş yerləri çox olmalıdır ki, insanlar normal maaş ala bilsinlər