Modern.az

Bu ərazilərdə işıq olmayacaq

Bu ərazilərdə işıq olmayacaq

Ölkə

5 Sentyabr 2026, 04:16

Sentyabrın 5-də Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən 110/35/10 kV-luq “Masazır” yarımstansiyasında yenidənqurma işləri aparılacaq.

Modern.az xəbər verir ki, gecə saat 01:00-dan 03:00-dək Masazır qəsəbəsində yerləşən Heydər Əliyev, Zərifə Əliyeva, Rafiq Dünyamalıyev, Əliağa Vahid küçələri, “Qurtuluş”, “Baxçalı şəhər”, “Rahat nəfəs” yaşayış kompleksləri, “Zəngilan” şəhərciyinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Sizə yeni x var
Keçid et
Sərdar Cəlaloğlu Mehdiyevin məhkəməsindən danışdı - Divanda uzanıb...