Modern.az

Müəllimlərin maaşı ölkə ortalamasından 27 faiz aşağıdır

Müəllimlərin maaşı ölkə ortalamasından 27 faiz aşağıdır

Ölkə

Bu gün, 14:24

Azərbaycanda təhsil sahəsində çalışanların orta aylıq əməkhaqqı ölkə üzrə orta göstəricidən xeyli aşağıdır.

Modern.az Dövlət Statistika Komitəsinin “Əmək bazarı – 2026” statistik məcmuəsinə istinadən xəbər verir ki, 2025-ci ildə ölkə üzrə orta aylıq nominal əməkhaqqı 1103,2 manat olub.

Təhsil sahəsində isə orta aylıq nominal maaş 810,3 manat təşkil edib. Beləliklə, təhsil işçilərinin orta əməkhaqqı ölkə göstəricisindən 292,9 manat və ya 26,5 faiz aşağı olub.

Təhsil sektorunda dövlət və qeyri-dövlət müəssisələri arasında da maaş fərqi qeydə alınıb. Dövlət sektorunda çalışan təhsil işçilərinin orta aylıq maaşı 802,1 manat, qeyri-dövlət sektorunda isə 941,8 manat təşkil edib. Fərq özəl sektorun xeyrinə 139,7 manatdır.

Digər sosial sahələrdə də əməkhaqqı ölkə ortalamasına çatmayıb. Səhiyyə və sosial xidmətlər sahəsində orta aylıq maaş 939,6 manat, istirahət, əyləncə və incəsənət sahəsində isə 869,3 manat olub.

2024-cü illə müqayisədə təhsil sektorunda orta nominal əməkhaqqı 56,1 manat və ya 7,4 faiz artıb. Buna baxmayaraq, bu sahədə maaş ölkə üzrə orta göstəricinin yalnız 73,4 faizinə bərabər olub.

Sizə yeni x var
Keçid et
Sabiq deputatla bloqer arasında dava - Canlıda ittihamlara cavab