Modern.az

Bakıda ərinin xəyanətini öyrənən qadın maşınını çilik-çilik etdi - VİDEO

Bakıda ərinin xəyanətini öyrənən qadın maşınını çilik-çilik etdi - VİDEO

Ölkə

5 Sentyabr 2026, 16:43

Bakıda naməlum qadının maşına çoxsaylı zərbələr endirdiyinə dair görüntülər yayılıb.

Modern.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda qadının dəmir alətlə avtomobilə dəfələrlə zərbə endirdiyi görünür.

Hadisənin paytaxtın Hövsan qəsəbəsində baş verdiyi bildirilir.

İddia olunur ki, qadın ərinin xəyanətindən xəbər tutub və qisas almaq üçün onun maşınına hücum edib.

Videoda qadının yaxınlıqdakı binaya tərəf dönərək “Elə bilirsən, evdə ağlayacağam? Onu görməyəcəksən”, - dediyi eşidilir.

Ardınca o, öz avtomobilinə əyləşərək həmin avtomobilə yenidən zərbə endirib. (Bakupost)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Ukrayna bombalayır - Rusiya od içində