Modern.az

Əziz Səncərdən əvvəl “Şöhrət” ordeni alan əcnəbilər - SİYAHI

Əziz Səncərdən əvvəl “Şöhrət” ordeni alan əcnəbilər - SİYAHI

Ölkə

Bu gün, 17:01

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə türkiyəli məşhur alim, kimya üzrə Nobel mükafatı laureate Əziz Səncər “Şöhrət” ordeni ilə təltif edilib. Bundan öncə də, xarici ölkə vətəndaşları bu ordenlə mükafatlandırılıb.

Modern.az müxtəlif illərdə "Şöhrət" ordeni ilə təltif olunan alan əcnəbilərin siyahısını təqdim edir:

Hüseyn Kıvrıkoğlu - Türkiyə hərbi xadimi, ordu generalı. Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi olmuşdur.

II İliya – Gürcüstanın Katolikos-Patriarxı

Koişiro Matsuura - Yaponiya diplomatı, YUNESKO-nun baş direktoru

Ekmeleddin İhsanoğlu - Türk siyasətçi, İslam Əməkdaşlıq Təşkilatının 2005–2014-cü illərdə Baş katibi.

Əbdüləziz bin Osman əl-Tüveycri - Ərəb siyasətçi, İSESKO-nun baş direktoru.

İosif Davıdoviç Kobzon - SSRİ və Rusiya müğənnisi, filmlərdə mahnı ifa edən, SSRİ və Rusiyanın Xalq artisti.

Mişel Fransua Platini - Fransa futbolçusu, məşqçi və futbol məmuru. 1984-cü il Avropa çempionatının qalibi. "France Football" dərgisinin versiyasına görə XX əsrdə ən yaxşı fransız futbolçu.

Boris Yevgenyeviç Paton - Metallurgiya və metal texnologiyası sahəsində sovet və ukraynalı alim, texnika elmləri doktoru, professor.

Lamiyə Cənnətzadə

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin Paşinyanı Moskvaya çağırdı: Hesabat vaxtıdır!