Bakıda elektrik mühərrikli oyuncaq avtomobillə intensiv hərəkət olan əsas yola çıxan şəxs məsuliyyətə cəlb olunub.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) Modern.az-a bildirilib ki, həmin şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.
“Bakıda hərəkətin intensiv olduğu yola oyuncaq nəqliyyat vasitəsi ilə çıxaraq həm özünün, həm də digər sürücü və piyadaların həyatı üçün real təhlükə yaradan şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib. 2001-ci il təvəllüdlü, Mirzəli soyadlı şəxs barəsində qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görülür”, – məlumatda qeyd olunub.
Yol polisi bildirib ki, intensiv avtomobil yollarında bu cür təhlükəli davranışlar ağır nəticələrə gətirib çıxara bilər.
“Hər bir hərəkət iştirakçısı həm özünün, həm də digər şəxslərin həyat və sağlamlığının təhlükəsizliyinə məsuliyyətlə yanaşmalıdır”, – BŞDYPİ vurğulayıb.