Gələn il yanvarın 1-dən yeni tikilən, yenidən qurulan və əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binalarının enerji effektivliyi üzrə pasportlaşdırılması məcburi olacaq.
Modern.az "Xəzər Xəbər" istinadən xəbər verir ki, mövcud binalara bu tələb yalnız yenidənqurma və ya əsaslı təmir işləri aparıldığı halda şamil ediləcək. Qanunvericilikdə müəyyənləşdirilən digər binalar üçün isə enerji effektivliyi pasportunun alınması könüllü olacaq.
Pasportlaşdırma prosesinin tam elektronlaşdırılması nəzərdə tutulur. Bunun üçün enerji effektivliyi informasiya sisteminin alt sisteminin yaradılması üzərində iş aparılır. Tərtibatçılar binanın layihə göstəricilərini sistemə daxil etməklə enerji effektivliyi pasportunu elektron qaydada hazırlaya biləcəklər.
Enerji effektivliyi pasportunda binanın enerji sərfiyyatı və karbon qazı emissiyası üzrə sinfi, həmçinin isitmə, soyutma, havalandırma, işıqlandırma və isti su təchizatına sərf olunacaq enerji göstəriləcək.
Yeni sistemin tikintiyə icazə prosesinə də inteqrasiya edilməsi planlaşdırılır. Beləliklə, binanın enerji sərfiyyatı və mümkün enerji itkiləri tikinti başa çatdıqdan sonra deyil, layihələndirmə mərhələsində nəzərə alınacaq.
Ətraflı videoda: