Modern.az

“İçərişəhər”lə bağlı yeni qərar

“İçərişəhər”lə bağlı yeni qərar

Ölkə

Bu gün, 18:38

"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yeni strukturu müəyyənləşib.

Modern.az bildirir ki, Nazirlər Kabineti bu barədə qərar verib.

İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yeni strukturu aşağıdakı kimi olacaq:

 

1. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparatı (departamentlər və şöbələr).

 

2. Muzey və Turizm Mərkəzi.

 

3. Ənənəvi İncəsənət Mərkəzi.

 

Bundan əvvəl “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu aşağıdakı kimi olub:

1. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparatı (şöbələr və sektorlar).

2. “İçərişəhər” Muzey Mərkəzi.

3. Mənzil-kommunal və Təmir Xidməti.

4. Elmi-istehsalat bərpa emalatxanası.

5. Elmi-mədəni Mərkəz.

6. Marionet Teatrı.

7. Tahir Salahovun ev-muzeyi.

8. Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi.

9. Ənənəvi İncəsənət Mərkəzi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
“Gənclik Mall”da həyəcan siqnalı -Vətəndaşlar təxliyə edildi